Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır...

Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır...


Bu gün, 14:51

"2020-ci ilin iyulundan Təhsil Nazirliyinin sükanı arxasında oturan şəxs bu müddət ərzində 20 milyarddan artıq büdcəni “idarə edib”. Amma gəlin baxaq: nəticə nədir? Dərsliyi qalmayan məktəblər, işsiz müəllimlər, təqaüdsüz tələbələr... İndi də deyir ki, guya “Azərbaycan tarixinin vahid hekayəsi yoxdur və ya yazılmayıb”..." "DİA-AZ" xəbər verir ki, bu barədə Elm və Təhsil Naziri Emin Əmrullayevin nson açıqlamalarını təftiş edən təhsil işçisi Qələndər Muxtarlı deyib.
O daha sonra bunları əlavə edib: "Bu nə deməkdir? Bu milləti ələ salmaqdır, ölkənin elmi ictimaiyyətini aşağılamaqdır. Əgər doğrudan da belə bir hekayəyə ehtiyac indi niyə yadınıza düşdü..?
Yazılasıydısa indiyə kimi niyə “yazılmayıb”, buyursun desin... nə yazılmalıdır, oturaq yazaq.
Nazir isə 20 milyardlıq büdcənin hesabını verməlidir.
Azərbaycan tarixinin vahid hekayəsi var – onu bu xalq yüz illərlə qanı, alın tərilə yazıb. Azərbaycan xalqı 2020- çi ildə o hekayəni yazıb, siz anlamaq istəməmisiniz.
Nazir isə vəzifəsi boyda məsuliyyətini pərdələmək əvəzinə, təhsilin real problemlərinə cavab verməlidir..."

Geri qayıt