
2 nömrəli məktəb-liseyin bir qrup müəllimi məktəb direktorunun fəaliyyətindən İnsan Hüquqları üzrə Müvəkkilə və Təhsil nazirliyinə şikayət ünvanlayıblar.
Qlobal.az elektron poçtuna göndərilən müraciəti təqdim edir.
"Hörmətli İnsan Hüquqları üzrə Müvəkkil,
62 nömrəli məktəb-liseylə bağlı müraciətimizə göstərdiyiniz diqqət və operativ cavabınız üçün təşəkkür edirik. Sizin dəstəyiniz və ədalətli mövqeyiniz bizə böyük ümidlər verir.
Hörmətli cənab Prezident İlham Əliyevin, təhsil sahəsində apardığı islahatlar Azərbaycan gənclərinin gələcəyinə inam və ümid verir. Keyfiyyətli təhsilin təmin olunması, innovasiyaların tətbiqi və müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün göstərdiyi səylər biz müəllimlər tərəfindən yüksək qiymətləndirilir. Məktəbimizdə son dövrlər narahatlıq doğuran halları artmaqdadır. Direktor müəllim heyətini pedaqoji şurada toplayaraq "mənə heç kim heç nə edə bilməz" kimi ifadələr işlətmiş və bu, əməkdaşlar arasında ciddi narazılıq yaratmışdır. Sizlərə məktəbdə baş verən mənfi hallar haqqında periodik məlumatlar veriləcək. Yoxlamadan sonra uzun illərdən sonra təqayüdə ayrılacaq və ya il ərzində yaxşı nəticə göstərən müəllimlər gül dəstələri ilə təltif olundular. Demək ki, şikayətimiz nəticəsiz qalmayıb. Amma buna baxmayaraq yenədə Mətanət Cabbarlı demək olar ki, hər müəllim iclasında gördünüz mənə heç kim heç nə edə bilməz, deyərək müəllimlərə təzyiq göstərməyə davam edir.

Hörmətli Təhsil Nazirliyi rəhbərliyi,
Bakı şəhəri, Nizami rayonu, 62 nömrəli məktəb-liseydə son illər ərzində müşahidə edilən və ictimaiyyətin narazılığına səbəb olan bir sıra hallarla bağlı tərəfimizdən dəfələrlə şikayətlər edilmişdir. Bu müraciətlər nəticəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı tərəfindən 8 iyul 2025-ci il tarixli rəsmi cavab məktubu (№ 2-5/2-22184/2025) təqdim edilmişdir. Həmin sənəddə qeyd olunur ki, 23 may 2025-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi monitorinq zamanı 62 nömrəli məktəbdə ciddi nöqsanlar aşkar edilmiş və aidiyyəti şəxslər barəsində intizam tədbirləri tətbiq olunmuşdur. Lakin bu tədbirlərin konkret kimlərə qarşı və hansı formada həyata keçirildiyi ictimaiyyətə açıqlanmayıb. Valideynlər, müəllimlər və digər təhsil iştirakçıları olaraq, biz bu məktəbdə şəffaf və sağlam təhsil mühitinin bərpasını tələb edirik.
Ayrıca olaraq:
Xahiş edirik: Aşkar edilmiş nöqsanlar barədə ətraflı ictimai məlumatın açıqlanmasını; Tətbiq edilmiş intizam tədbirlərinin konkretliyinin ictimaiyyətə təqdim edilməsini; Gələcəkdə bu kimi hallar üçün davamlı nəzarət və monitorinq sisteminin qurulmasını; Məktəbin idarəetməsində şəffaflıq və ictimai iştirakçılığın artırılmasını təmin edəsiniz. Bu məsələnin cəmiyyət və uşaqlarımızın gələcəyi üçün nə qədər vacib olduğunu nəzərə alaraq, müraciətimizin diqqətlə araşdırılmasını və cavablandırılmasını xahiş edirik.
https://www.youtube.com/shorts/RdoeBXnbupk https://www.youtube.com/watch?v=cnlXs6RI5As&t=19s https://www.youtube.com/shorts/T4EPCo-SZS8 https://www.youtube.com/shorts/vzh4N6FhP1Q https://www.youtube.com/shorts/PsIAMBWqnFo https://www.youtube.com/shorts/B65Gm9kgHBU https://www.youtube.com/shorts/JPkUkNUdRq4
Qeyd edək ki, direktor Mətanət Cabbarlı deputat Məlahət İbrahimqızının bacısıdır.
Qlobal.az
Geri qayıt
|