Əsas Səhifə > Manşet / Hadisə > 211 saylı məktəbdə ibtidai siniflər risk altında...
211 saylı məktəbdə ibtidai siniflər risk altında...Bu gün, 08:50 |
Bakı şəhəri 211 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri məktəbimizdə mövcud olan problemlemlərlə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət edib. Müraciətdə deyilir: “Məktəbimizin iki korpusu mövcuddur və onlardan biri uzun illər yalnız ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Lakin son iki ildə həmin korpusda yuxarı sinif şagirdləri də yerləşdirilmişdir. Bu hal ibtidai sinif şagirdlərinin təlim-tərbiyə prosesinə mənfi təsir göstərir. Xüsusilə: Yuxarıdakıları nəzərə alaraq, xahiş edirik ki, ibtidai siniflərin əvvəlki qaydada ayrıca korpusda yerləşdirilməsini təmin edəsiniz. Bu, şagirdlərimizin təhlükəsizliyi və sağlam təlim mühiti baxımından çox vacibdir. Ümid edirik ki, müraciətimiz diqqətlə nəzərdən keçiriləcək və müvafiq tədbirlər görüləcəkdir. Onu da bildirək ki, halhazırda 211 nömrəli tam orta məktəbdə direktor yoxdur, məktəbə rəhbərliyi direktor müavini Şəfəq Balıyeva həyata keçirir. Müəllimlər problemlə bağlı onu məlumatlandırsalar da heç bir tədbir görməyib. Adı bir neçə dəfə müxtəlif qalmaqallara görə hallanan Şəfəq Balıyevanın “ağac və gül kollarının əkilməsi ilə bağlı təşəbbüslə əlaqədar maarifləndirmə zamanı yol verdiyi yanlışlığa görə” ötən ilin aprelində izahatı alınıb və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi töhmət verilib. cumhuriyyet.az Geri qayıt |