Əsas Səhifə > Manşet / Sosial > Bir azdan havanı da pulla satacaqlar...

Bir azdan havanı da pulla satacaqlar...


Bu gün, 09:44

Ölkədə iaşə xidməti sahəsində bir nəzarətsizlik hökm sürdüyündən sözügedən istiqamətdən vətəndaş gileylərinin sayı durmadan artmaqdadır. "DİA-AZ"ın məlumatına görə, elə gün olmur ki, hansısa restoran, kafe və yaxud da oteldən, istirahət mərkəzindən narazılıqlar olmasın. Bu hal, təbii ki, ilk növbədə vətəndaşlarımıza qarşı bir hüquq pozuntusudursa, digər yandan da Azərbaycanda turizmin inkişafını prioritet kimi görən qurumlarımıza yetərincə çətinliklər yaratmaqdadır.

Xatırlayırsınızsa, sovet dönəmlərində kafe və restoranlarımızda əksər hallarda içməli su və çörək pulsuz olardı. Və ilk vaxtlar - kapitalizm dəyərlərinə keçid zamanı paytaxt Bakıda əcnəbilərə məxsus restoranlarda içməli sadə suyun pulunun alındığını gördükdə keçmiş sovet adamları olaraq çox təəccüblənərdik.

İndi isə elə bir mərhələyə gəlmişik ki, Azərbaycanın möhtəkir düşüncəli və məhdud biznes anlayışlı bəzi sahibkarları KAPİTALİZMİN ACIMASIZ yönünü bu millətə, insanlarımıza yaşatmaqdadır. Durum bax, bu qədər faciəvidir. Və buna cavabdeh olan qurum və təşkilatlar susduqca... nəinsə müqabilində susdurulduqca, insanlarımız da gileylənəcək, bu ölkədə turizmin inkişafı imkansız olacaq...

Biz isə "DİA-AZ" olaraq növbəti vətəndaş gileyini təqdim edirik. Narazı vətəndaş "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Ölkəmizdə kifayət qədər tanına brend iaşə müəssisəsindən - "Şaurma N1"dən gileylənir. O yazır:

"Şaurma yeyəndən sonra nəm "salfetka" istədim. Sonradan baxıb, görürəm ki, hesaba vurublar...
Üstəlik öncədən mənə "salfetka"nın ödənişli olması barədə heç nə deyilmyib də. Yəni balaca 1 "salfetka"nı niyə hesaba daxil edəsən ki?"

Diqqət yetirdinizsə, müştəriyə kassa çeki də doğru-dürüst təqdim olunmur ki, bu da əslində həmin restoran şəbəkəsinin özbaşınalığından xəbvər verməkdədir.

Məsələ diqqqətimizdədir...


Geri qayıt