Əsas Səhifə > Manşet / Güney Press / Üçüncü sektor > SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR!
SOCAR şefinə `Neftçilər Günü` MÜRACİƏTİ: 5 İLDİR MAAŞLARIMIZ QALXMIR!Bu gün, 15:20 |
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Neftçinin öz həmkarlarına və SOCAR prezidenti cənab Rövşən Nəcəfə "Neftçilər günü" ilə bağlı müraciəti" başlığı ilə SOCAR işçisi Rac Kərimovun müraciətini ictimailəşdirib.
"DİA-AZ" həmin müraciətin aktuallığını nəzərə alaraq, olduğu kimi təqdim edir:
"Əziz neftcilər və neft qaz sənayesi işçiləri!
Prezident cənab İlham Əliyevin “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə etdiyi təbrikdən sonra 2024-cü ildən etibarən Azərbaycanda neft-qaz sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur. Artiq bizim peşə bayramimiza sayili günlər qalib. Mən bütün neft qaz sənayesində çalişan əməkdaslara üz tutaraq sizləri SOCAR prezidenti cənab Rövşən Nəcəfə müraciət etməyə dəvət edirəm:
Hörmətli cənab Rövşən Nəcəf. Bu müraciətin səbəbi 5 il ərzində bizim əmək haqqlarimizin qalxmamasi ilə əlaqədardir. Bu müraciət əmək məsələləri kateqoriyasina aid olduğu üçün bəzi şəxslərdən bu məsələni sağa-sola burub başqa ad qoyaraq aidiyyəti olmayan səmtə çəkməmələri xahiş olunur. Fəhlə adamlariq, sizlərdən xahis edirik əmək haqqlarimizi son 5 il ərzində ölkədəki bazar qiymətləri ilə indeksasiya edərək yaranmiş fərqin kompensasiya olunmasi məsələsinə baxilsin.
Neft sənayəsində çalışan işçilər bir vətəndaş olaraq ölkə iqtisadiyyatınin inkişafi naminə öz vəzifələrini daim layiqincə yerinə yetiriblər və buna sübut olaraq müraciəti 2001-ci il 22 sentyabr "Neftcilər günü"nə həsr edilmiş təntənəli mərasimdə rəhmətlik ümumilli lider cənab Heydər Əliyevin nitqindən olan bir parça ilə yekunlaşdiriram:
"Bu gün, Azərbaycanın müstəqilliyinin onuncu ilində, Azərbaycanda yeni neft erasının başlanmasının yeddinci ilində biz Azərbaycan neftçilərinin bütün nəsillərinə böyük hörmət, ehtiramımızı bildirməliyik, minnətdarlığımızı bildirməliyik və bəyan etməliyik ki, məhz onların gördüyü işlər Azərbaycanda bu qədər böyük neft və qaz sənayesi potensialı yaradıbdır. Bu isə bu gün müstəqil Azərbaycanın ən böyük, ən dəyərli sərvətidir."
P.S. Öz adimdan da xüsisi bir əlavəni etmək istərdim ki: Socar baş ofisinin məsul əməkdaşlari tərəfindən nə kadr sahəsində mövcud olan çətinliklər və təkliflər dinlənilmir, onlarin araşdirilaraq həlli istiqamətində yollari axtarilmir, nə keyfiyyətə nəzarət xidməti neft qaz sənayəsinin işçilərini narahat edən problemlər araşdirilmir - ona görə də bunlar gələcək günlərin müzakirə predmetləridir. Amma bu əmək haqqi problemi bütün hamiya aid olan aktual məsələdir ona görə də xahiş edirəm bu məqama xüsusi həssasliq və diqqət ayirasiniz. Bonus məsələsində edilən ödənişin özünün də - fəhlə heyəti ilə mühəndis-rəis heyəti arasinda təşkil olunan ədalətsiz bir qərar olduğunu hesab edirəm. Niyə rəis mühəndis heyəti ilə fəhlələr arasinda fərq olmalidir? Hər kateqoriyanin özünün əməkhaqqina uyğun amma eyni düsturla niyə hesablanmir ki bu bonus? Yenə də fəhləyə verəndə oklada uyğun amma fəhlədən tutanda ümumi əməkhaqqidan tutulur.
Əziz neftcilər, xahiş olunur sərhlər bölməsində # Rovshan Najaf, # SOCAR yazaraq tag edəsiniz ki, şirkətimizin çoxhörmətli prezidenti bizim səsimizi eşitsin.
Hörmətlə
Rac Kərimov.
Geri qayıt |