Əsas Səhifə > Manşet / Hadisə > “Azəriqaz” öz itkilərini belə ört-basdır edir
“Azəriqaz” öz itkilərini belə ört-basdır edirBu gün, 07:51 |
Aydın olur ki, “Azəriqaz” abonentlərindən birini 115 min manatdan yuxarı qazdan istifadə borcuna görə məhkəməyə verib."DİA-AZ" xəbər verir ki, həmin abonent Salyan rayonunun Qarabağlı kəndinin sakinidir. “Azəriqaz”ın iddiasına görə, bu borcun 1578 manatı bir sayğac, 114 min 170 manatı isə digər sayğac üzrə hesablanmış məbləğdir. İddia olunur ki, orada istixanalar yerləşir və təbii qazdan çox istifadə olunmasının səbəbi də budur. “Borcun ödənilməsi barədə hər ay hesab-faktura təqdim olunub, xəbərdarlıq edilib, buna baxmayaraq, borcunu ödəməyib”, - deyə “Azəriqaz” bəyan edib. Bundan başqa, sayğaca müdaxil edildiyi də iddia olunur. İddiaya görə, sayğacın çıxış plastmas borusu deşildiyi üçün sayğac çıxarılaraq növbədənkənar yoxlamaya göndərilib: “Sayğaca Metrologiya Departamenti tərəfindən baxış keçirilib. Sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi, xətaların normaya uyğun olmadığı, sayğacın minimal sərfiyyatda – 100 faiz nisbi xəta ilə işlədiyi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilib”. Tələbnamə ilə itirilmiş qazın həcmi 6480 kub metr hesablanıb. Məhkəmə aparılan yoxlamanın qanunsuz olduğu qənaətinə gələrək, 1578 manatlıq borc tələbi ilə bağlı hissədə “Azəriqaz”ın iddiasını təmin etməyib. Lakin digər hissədə isə “Azəriqaz”ın iddiası təmin olunub. Məhkəmə qərar verib ki, istixanalarda təbii qazdan istifadəyə görə yaranmış 114 min 170 manatlıq borc “Azəriqaz”a ödənilsin. Bəli, əziz oxucu... Göründüyü kimi vətəndaşlara qarşı savaşda “Azəriqaz”ın məhkəmə sistemi kimi dəstəkçisi də var... Geri qayıt |