Əsas Səhifə > Manşet / Gündəm > Binəqədinin icra başçısı kimsədən qorxmur
Binəqədinin icra başçısı kimsədən qorxmurBu gün, 06:57 |
Redaksiyamıza müraciət edən Qarabağ qazisi Faiq Babayev şikayət edir ki, Binəqədi rayon icra hakimiyyətinə tabe olan 28 May qəsəbəsində yerləşən şəxsi obyektinə qapı-pəncərə qoyduqdan sonra icra nümayəndələri tərəfindən təzyiqlərə məruz qalıb. “Bu əmlak mənim şəxsi mülkümdür. Sadəcə olaraq yenidən bərpa etdim. Əgər sənədlə bağlı problem olsaydı, bildiriş göndərilərdi. Amma məndən rüşvət tələb etdilər. Qazi olduğumu bildirsəm də, buna məhəl qoymadılar.”Qazi məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi şikayət etdiyini, hüquqi müstəvidə haqqını tələb edəcəyini qeyd edir.
Məsələni diqqətdə saxlayırıq. Mövzu ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən və Samir adlı əməkdaşdan münasibət öyrənməyə çalışacağıq. Qarşı tərəfin cavab haqqı tanınır. Bakunews.az
Geri qayıt |