Əsas Səhifə > Manşet / Gündəm > "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..."
"AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..."Bu gün, 08:52 |
"Deyir, "bax, palaza bürünüb eliynən sürünsəydin, ozün də, uşaqların da ağ günə cıxardı. Tutdun ki, "rüşvət elə gəldi, rüşvət belə getdi". Ölkəmizi ağ günə çıxaran, bizə səadət bəxş edən, kimsəsizlərə kimsə olan, cinayətkarların, qatillərin, başkəsənlərin dadına çatan, bir sıra nazirlərimizi, icrakomlarımızı deputatlarımızı, hətta ayrı-ayrı təhsil işçilərimizi alim-akademiklərimizi var-dövlət yiyəsi edən, yaltaqlaı, şərəfsizləri, insanlıq ləyaqətini itirmiş xain və satqınları, cəmiyyəti pozan mövqesiz "tulaları" təmizə çıxaran, pul, mülk, vəzifə, milyon sahibi edən əlahəzrət RÜŞVƏTƏ kəm baxdın. Heç xəcalət çəkdinmi?!" "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov çıxış edib.
![]() Pul yığmaq, özünə ev, maşın almaq əvəzinə "qanunsuzdur" deyib vəzifənin mahiyyətini düzgün anlayan, əlləri milyonlarla oynayan hökumət adamlarımıza zidd getdin, onların yolunu bəyənmədin. Halbuki onlarin çoxu vəzifədən atılsalar da özlərini tutublar, kral kimi yaşayırlar. Kimdir onlara dəyib-toxunan?! Hələ "sabiq vətənpərvər" deyib hörmət edirlər.
Di, gör nəticəsini. Üstəlik, 10 ildən artıqdır AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan, müzakirəyə gələn gənc, təcrübəsiz doktorantları da ayıq-duyuq salırsan, işıq gələn yerə barmaq soxursan, başqalarının da rahat yeməyinə əngəl olmaq ustəyirsən. Sənə heykəl qoyacaqlar?! Nə hasil etdin? O gənclər yenə də öz "qəssablar"ına itaət edirlər, sən deyəni bu qulaqdan alıb o biri qulaqdan Xəzər dənizinə ötürürlər. Dərinə getmə! Şəvəjənin maraqlarına toxunma! Haqqında şər ssenarisi hazırdır. Maraqlarına toxunma!Üst-üstə 20 il yekəlı-xırdalı vəzifədə olmaq bacarıqlı, vətənpərvər, dövlətçi şəxs üçün heç olmayan yerdən 15 milyon pul deməkdir. Ortabab vətənpərvər üçün 7-8 milyon, ən zəif vətənpərvər üçün isə 3-5 milyon qazanc deməkdir. "Okazıvayetsya", səndə o bəyənməyib tənqid etdiyin akademiklərdə olan vətənpərvərliyin zərrə qədəri də yox imiş! Alim vətənpərvər olmalıdır!"
Geri qayıt |