Əsas Səhifə > Manşet / Cəmiyyət > “10 manatlıq” şirkətə 200 minlik TENDER
“10 manatlıq” şirkətə 200 minlik TENDERBu gün, 11:58 |
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi su yolu hərəkət vasitələrinin tez-tez sıradan çıxan hissələrinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyənləşdirib. "DİA-AZ" xəbər verir ki, tenderin qalibi “ATLAS ALLİANCE GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Şirkətlə 208.482,4 manat məbləğində müqavilənin bağlanması nəzərdə tutulur. Lakin 32gun.az-ın əldə etdiyi məlumata görə, tenderin qalibi olan bu şirkətin dövlət büdcəsinə 45.794,18 manat vergi borcu mövcuddur. Açıqlanan məlumatlarda həmçinin qeyd olunur ki, “ATLAS ALLIANCE GROUP” MMC-nin nizamnamə kapitalı cəmi 10 manat, qanuni təmsilçisi isə Azər İsmayılov Rəhəm oğludur. Xatırladaq ki, 2023-cü ilin sentyabrında general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Maddi-Texniki Təchizat İdarəsinin rəisi vəzifəsinə Elnar İmanov təyin edilmişdi. Geri qayıt |