Əsas Səhifə > Manşet / Hadisə > Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir

Məhkəmə Hüquq Şurası məhkəmələrin şəbəkə cinayətinə son qoymaq istəmir


Bu gün, 10:32

Bakı İnzibati Məhkəməsinin özünün çıxardığı məhkəmə qərarlarının icrasını təmin etməməsi, tələbkarın çoxillik ərizələrinə belə baxmaması ona qarşı aidiyyəti üzrə Nəsimi məhkəməsində iddia qaldırılmasına nədən olub. Hakim Əfsanə Heydərova 6 aydan sonra birdən “ayılıb” ki, bəs sən demə, Bakı İnzibati Məhkəməsi məhkəmə deyil, ona qarşı mülki məhkəmə icraatı qaydasında iddia verilə bilməz və bu səbəbdən icraata yarım ildən sonra xitam verib. Bakı Apellyasiya Məhkəməsi də bu qərardadı qüvvədə saxlayaraq razılaşıb ki, Bakı İnzibati Məhkəməsinin (BİM) adı ölkə məhkəmələri siyahısında yoxdur.(?) Hazırda bu absurd aktlardan şikayət kassasiya mərhələsindədir, amma ali instansiyanın da BİM-i məhkəmə reyestrində tapmayacağı, bir bəhanə ilə aşağı həmkarını “sudan quru çıxaracağı” vahid məhkəmə özbaşınalığı təcrübəsindən bəlli edir.

Düzü, məhkəmələrin “həmkarlıq sevgisi”nin başlıca rol oynadığını güman edirdik, di gəl, başımıza gə(tiri)lənlər Bakı İnzibati Məhkəməsinin doğrudan da məhkəmə olmadığını deməyə əsas verir.

Borclu ƏƏSMN tabeliyindəki DSMF-in və SXA-nın 9-10-cu ildir dövlətin adından çıxarılan məhkəmə qərarlarının icrasına məcbur edilməsi haqqında tələbkar kimi elektron kabinetdən verilən ərizələrin qəbulundan qərarları çıxaran 1 BİİM-in varisi Bakı İnzibati Məhkəməsi anında imtina edir. İmtinanın səbəbi kimi əvvəllər ərizənin dəftərxanaya təqdim edilməli olması göstərilsə də, artıq bu imtina səbəbi aradan qalxıb.

Nədən məhkəmənin öz istəyi ilə tələbkar 11.06.2025-ci ildə və 19.06.2025-ci ildə BİM-in dəftərxanasına ərizələrini təqdim edib. 2 aya yaxındır məhkəmədən səs-soraq çıxmadığından İPM-in 9-1-ci maddəsinin tələbinə uyğun olaraq elektron qaydada məhkəməyə ərizə verilib. Ərizə bu işdə öz marağı olan hakim Günel Sevdimalıyevaya verildiyindən, tələbkar hakimə etirazını elektron kabinetdən təqdim etsə də baxılmır. Hakimin bu işdə marağının olmasını hakim özü sübut edib; 2023-cü ildə 5 ay borclu XŞTMF-dən icranı tələb edib, sonra şəxsi marağı qarşısında icranın təmin olunduğunu bildirib. İndi işin yenidən işdə marağı olan eyni hakimə verilməsinin özü də kənardan borclunun sifarişindən qaynaqlanır. Günel Sevdimalıyevaya tələbkarın etirazının daha bir əsası onun 3 ay sonraya mümkünlük iclası (??) təyin etməsidir. Halbuki məhkəmə qərarının icrası haqqında ərizələrə mümkünlük iclası təyin edilə bilməz! Bu faktiki Konstitusiyanın mümkünlüyünü şübhə altına almaq deməkdir. İPM-in 119.1-ci maddəsinə, Ali Məhkəmə Plenumunun inzibati mübahisələrə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi təcrübəsini formalaşdıran qərarının 22-ci bəndinə əsasən, tələbkar ərizə vermədikdə belə, məhkəmə xidməti vəzifəsinə görə İCRA HAQQINDA QƏRARDAD çıxarılması məsələsini həll etməlidir. BİM isə nəinkk xidməti vəzifəsini icra edir, əksinə, tələbkarın verdiyi ərizələrin qəbulundan da imtina edir.

İndi söz “Elektron məhkəmə” sistemini formalaşdıran Ali Məhkəmə ilə Məhkəmə Hüquq Şurasındadır. BİM-in elektron sistemi sabotaj etməsinə, məhkəmə qərarlarının icrasına qadağa qoymasına, məhkəmənin məhkəmə olmadığı özbaşınalığına qiymət verəcək, yoxsa elə BİM doğrudan da məhkəmə olmayacaq, məhkəməyə verilən ərizələrin qəbulundan qeyri-prosessual sifarişlə imtina edəcək?

Məğrur Bədəlsoy

P. S. Bakı İnzibati Məhkəməsinin daha bir şəbəkə cinayəti ortaya çıxıb. 07.08.2025-ci ildə tələbkara “Elektron məhkəmə” sisteminin bildirişi gəlib ki, dünəndən verilən ərizə 14470/25 nömrəsi ilə qeydə alınıb. Şəxsi kabinetinə girən ərizəçi hətta işdə rolunun da tələbkar olduğuna əmin olub. Amma bu əminlik bir neçə saniyə çəkib. Yəqin ki, məhkəmə sədrinə qeyri-prosessual “borclu sifarişi” ilə iş sistemdən tamam silinib. (?)

Bu şəbəkə cinayəti ilə bağlı Məhkəmə Hüquq Şurası anında, digərləri az sonra bilgiləndirib. MHŞ-dan 0123102277 nömrəsindən zəng edən məmur bu silməyə məhkəmənin arayış təqdim edəcəyini bildirib. Tələbkara isə arayış yox, 9-cu, 10-cu ildir çıxarılan qərarların icrası gərəkir..


Geri qayıt