Əsas Səhifə > Manşet / Hadisə > Babək rayonunda fermerlər DAD DEYİR...

Babək rayonunda fermerlər DAD DEYİR...


Bu gün, 11:41

Babək rayonunda bəzi məmurların tamahı ucbatından əkin sahələrinin böyük hissəsi susuzluqdan məhv olmaq üzrədir. Rayon üçün nəzərdə tutulan əkin suyunun əsas hissəsi bu məmurlara paylanır, adi fermerlərə isə su çatmır. “Gündəlik Naxçıvan”a bir qrup fermer məlumat verib.
Fermerlərdən S.Hüseynov su olmaması səbəbindən 5 hektar ərazidə əkdiyi qarpızön məhv olduğunu deyir:
“5 hektarda qarpız əkmişdim. Yaxşı da məhsul olmuşdu. Gözümün tikəcəyi, ailəmin illik ruzisi orda idi. Əsas su lazım olan vaxtı vermədilər. 20 günə yaxındır suvara bilmirəm. İcra nümayəndəsi, bəldiyyə yalnız yüksək vəzifəlilərin, öz yaxınlarının və rüşvət müqabilində iş adamlarının əkin sahəsinə suyu verir. Su yoxdur desək, insafsızlıq olar. Adamlar var yoncalarını, meyvə bağlarına 3-5 gündən bir suvarır. Digərlərinin isə 10 hektarlarla əkin sahəsi susuzluqdan yanır. Ciddi ayrıseçkilik qoyulur. Şikayət edəndə də yalandan deyirlər ki, su qıtlığı var, dünyada belədir. Amma, bu yaz kifayət qədər yağıntılı olub. Bütün anbarlar dolub. Hələ yağış yağmadığı bir aydır. İndi su yoxdur deyirlərsə, bəs avqust necə olacaq? Bizə su vermirlər ki, məmurlar üçün anbarda ehtiyat qalsın.”
Digər fermer fermer N. Əliyev də əkdiyi 10 hektara qədər qarğıdalı, tərəvəz sahələrinin susuzluqdan yandığını, şikayət etdikdə isə hədələndiklərini bildirir:
“Bir aya yaxındı əkin sahələrimə su vermirlər.10 hektara yaxın əkin sahəm məhv olub. İcra nümayəndələri yalnız vəzifəlilərin və rüşvət verənlərin sahələrinə su verir. Şikayətə də baxmırlar. Nə edəcəyimi bilmirəm. Çox da şikayət edəndə hədələyirlər, şərləyirlər, məhkəməyə verib cərmələyirlər. Qarğıdalı əkmişdim ki, silos edib qışda heyvanlara verəm.Tamamən məhv oldu. Qışda pul verib əlavə yem almalıyam. Bu da ikiqat zərərdir. Sonra da deyirlər ki, Naxçıvan boşalır. Naxçıvanın boşalmasına səbəbkarı məmurların özbaşınalığıdır. Biz çalışırıq məhsul bolluğu yaradaq, qiymətlər aşağı düşsün, eyni zamanda ailəmizi dolandıraq. Məmurlar isə imkan vermir.”

Geri qayıt