Əsas Səhifə > Manşet / Güney Press > Özbaşına qalmış MASAZIR...
Özbaşına qalmış MASAZIR...Dünən, 16:49 |
Qanunsuz tikinti ilə bağlı redaksiyamıza məlumatlar daxil olub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında bu tikinti ilə bağlı heç bir məlumat yoxdur. Qanunsuz tikinti hansı səlahiyyətli şəxsin icazəsi ilə həyata keçirilir? İddia olunur ki yerli icra hakimiyyətinin səlahiyyətli şəxsləri tərəfində belə tikintilərə “razılıq” əsasında icazə verirlir Qeyd edək ki, tikinti aparılan ərazidə yaşıl ağaclar kəsilmişdir, və bu məsələdə aidiyyatı orqanların bu qanunsuzluğa göz yummasının nəticəsidir. Təbiətə qənim kəsilənlər asan yollarla məsuliyyətdən yayına bilir. Ümumiyyətlə qanunsuz obyektlərin və fərdi evlərin tikintisi necə razılıq verildiyi məlum deyil. İddialara görə, qanunsuz tikintiyə nəzarət edən səlahiyyətli şəxslər müyyən razılaşma əsasında belə hallar baş verməkdədir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Abşeron rayon İcra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı . Məsələ ilə bağlı araşdırmamız davam edir. xalq.online Geri qayıt |