Əsas Səhifə > Manşet / Gündəm > "Bura özəl, “beynəlxalq” adını daşıyan klinikadır?!!"

"Bura özəl, “beynəlxalq” adını daşıyan klinikadır?!!"


Dünən, 10:05

"Heç vaxt əsəbləşməyən, sonsuz səbir sahibi bir ana kimi yazıram – 3 uşaq anasıyam..." "DİA-AZ" xəbər verir ki, bunu Məlhəm Beynəlxalq Hospitalında başına gələn arzuolunmaz olayı ictimailəşdirərək TƏBİB və Səhiyyə Nazirliyini təcili müdaxiləyə səsləyən Nigar Salayeva qeyd edir.
O daha sonra yazır: "Amma bu ölkədə başıma gələn bu hadisə, səbrimin son həddini keçən, əsəbləri alt-üst edən bir klinika təcrübəsi oldu.
22 iyul səhər saat 09:30-a Məlhəm Beynəlxalq Hospitalın nevroloqu Sahilə Ələkbərovaya 2 əkiz uşağımla birlikdə yazılmışdım.
Saat 09:15-də ödənişi etdim və gözləmə otağına keçdim.
45 dəqiqə keçdi, hələ həkimdən səs yox idi. Yazdım ki, biz burdayıq, sizi gözləyirik.
Cavab: “Yoldayam.” Heç bir üzr, izah, hörmət yoxdur.
Dedim: “Yaxşı, biraz da gözləyək.”
1 saat keçdi — nə yazdı, nə cavab verdi, zəng etdikdə də cavab vermədi.
Resepsiyona yaxınlaşdım, şikayətim olduğunu və pulumu geri istədiyimi bildirdim.
Dedilər: “2-ci mərtəbəyə qalxın.” Qalxdım – şikayət otağında işçi hələ gəlməmişdi.
Soruşuram: “İş saatı nə vaxt başlayır?”
Cavab: “Bilmirik, birazdan gələr.”
Məzə ilə dedim:
“Şikayət üçün də əlavə 2 saat gözləməliyəm? İki körpə uşaqla?”
Bu anda müdir müavini yaxınlaşdı, haqlı olduğumu bildirdi və dedi:
“Həkim vaxt təyin edibsə, vaxtında gəlməlidir. Sizi yönləndirirəm, pulunuzu geri alın.”
Amma nə baş verdi?
2 saat keçəndən sonra eyni şəxs yaxınlaşıb dedi:
“Həkimlə danışdıq, 20 dəqiqəyə gələcək. Əgər gözləyə bilmirsinizsə, pulu qaytaraq.”
Gözləyə bilmirsinizsə??
Bura özəl, “beynəlxalq” adını daşıyan klinikadır!
2 saatdan çox gözləmək, üzr istəməyən, səbəb göstərməyən, vecsiz bir həkimə görə bu normaldırmı?
Nəticə:
• Punktual olmayan həkim – Sahilə Ələkbərova
• 2 saat itirilmiş vaxt
• 2 saat xəstəxana şəraitində yorulmuş 2 körpə
• Müştəriyə qarşı soyuq, məsuliyyətsiz yanaşma
• “Beynəlxalq” adını daşıyan bir klinikanın “B”sindən belə xəbərsiz xidmət anlayışı
Bu cür münasibət, bu cür yanaşma və bu qədər səhlənkarlıq özəl tibbi müəssisədə qətiyyən yolverilməzdir.
Çox məyusam".

Geri qayıt