Əsas Səhifə > Manşet / Gündəm > Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə...

Kamran Yusifov qanun-qayda tanımır, rəhbərlik isə...


Bu gün, 07:16

Son ayların media gündəmini diqqətlə izlədikdə bir həqiqət açıq şəkildə görünür: bir sıra rəsmi qurumların İctimaiyyətlə əlaqələr şöbələri ölkə mətbuatında yer alan ciddi problemlərə reaksiya verməkdən yayınır.

Bir neçə rəsmi qurumu kənara qoysaq, digərlərinin fəaliyyətində məlum vəziyyət daha qabarıq şəkildə özünü göstərir. Mətbuat, cəmiyyətin narahat olduğu məsələləri işıqlandırır. Lakin cavabdeh dövlət strukturlarının böyük qismi bu çağırışlara cavab vermir.

Ən aktual misallardan biri, Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin fəaliyyətsizliyidir. Son günlərdə Balakən Gömrük İdarəsi və onun rəhbəri Kamran Yusifovun fəaliyyəti ilə bağlı yayılan məlumatlar, sahibkarlara yaradılan süni maneələr, normadan artıq (hündür) yük maşınlarının ölkəyə buraxılması, kargo şirkətlərinə xüsusi himayə və hətta qaçaq dərman cəhdləri rəsmi münasibət olmadan ictimaiyyətdə daha böyük suallar doğurur.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 104 nömrəli Qərarına əsasən, ölkə daxilində hərəkət edən nəqliyyat vasitələrinin maksimal hündürlüyü 4 metrdən artıq olmamalıdır. Bu həddi keçən nəqliyyat vasitələrinin xüsusi icazə olmadan hərəkəti qadağandır. Amma...

Əslində mətbuat xidmətləri yalnız tədbir görüntüləri paylaşmaqla kifayətlənməməlidir. Onların əsas vəzifəsi cəmiyyətin suallarını cavablandırmaq, media ilə aktiv və açıq dialoq qurmaqdır. Rəsmi qurumların informasiya saxlaması bəzən daha çox şübhə doğurur, nəinki problemin özü.
Balakən Gömrüyü ilə bağlı faktlar mövcud olduğu kimi, digər sahələrdə də oxşar susqunluq müşahidə edilir.

Ümumiyyətlə, Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov yeni təyin olunanda cəmiyyət yeni yanaşma və açıqlıq gözləyirdi. Lakin komandada dəyişikliklər baş vermədiyi üçün əvvəlki susqunluq siyasəti davam edir.

Faktlar var, suallar var, amma cavab yox. Belə görünür ki, Komitə sədri diğər yarıtmaz kadrları kimi, 2025-ci ilin fevralında vəzifəyə təyin etdiyi Kamran Yusifovun da yarıtmaz fəaliyyətini qebul etmək istəmir və əməllərinin arxasında durmaga məcbur olur.
Mediada yayılan məlumatlar problemin dərinləşməsini yox, onun həllinə aparan yolun başlanğıcını məqsəd qoyur. Dövlət qurumları bu məqamı düzgün qiymətləndirməli, informasiya axınına mane olmaq əvəzinə onu yönəltməyi seçməlidirlər.

İctimaiyyətlə əlaqələr şöbələrinin susması dövlətin cəmiyyətlə dialoqunu kəsir. Cavab verməmək, cavabdehlikdən qaçmaqdır. Media sual verir, cəmiyyət cavab gözləyir. Əgər faktlara münasibət bildirilmir, o zaman şübhələr artır, etimad azalır. Dövlət qurumları, həmçinin Dövlət Gömrük Komitəsi rəhbərliyi unutmamalıdır ki, şəffaflıq təkcə hüquqi borc deyil, sosial ehtiyacdır.

"DİA-AZ"


Geri qayıt