Əsas Səhifə > Manşet / Güney Press > İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI...
İranda vətəndaşlarımızın telefonları TƏFTİŞ OLUNUB: Bakı İŞƏ QARIŞDI...Dünən, 15:13 |
İran tərəfində saxlanılan Bakı - Naxçıvana sərnişin avtobusları təxminən bir sutka sonra sərbəst buraxılıblar. Sərnişinlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, saxlanma ilə bağlı məlumat ictimailəşdikdən sonra İran tərəfinin rəsmi şəxsləri avtobusların saxlanıldığı Biləsuvar gömrüyünün önünə gəliblər.
Sərnişinlər deyirlər ki, rəsmilər onlarla və gömrük əməkdaşları ilə danışdıqdan sonra avtobusların hərəkətinə icazə verilib:
“Dedilər ki, Azərbaycan tərəfi onlarla əlaqə saxlayıb. Dediklərinə görə, Azərbaycan tərəfinin rəsmi məktubu olmadan buraxa bilməzlərmiş, lakin, vəziyyəti nəzərə alıb, buraxırlar. Bakı vaxtı ilə təxminən axşam saat 7-də buraxdılar. Gecə saat 3-də Naxçıvana çatdıq. Elə həmin gün Bakıdan səhər çıxmış bir avtobusu buraxmışdılar. Qanunsuzdusa, onu niyə bauraxırdılar? ”
Sərnişinlər deyirlər ki, məlumatın mətbuata kimin ötürdüyünü bilmək üçün İran tərəfin Culfa gömrüyündə onların telefonları yoxlanılıb:
“Bizə qəti xəbərdar etmişdilər ki, avtobusların saxlanılmasını ictimailəşdirməyək. Çıxışda İran tərəfi telefonlarımızı alıb, yoxlamağa başladı. Sərnişinlər məlumatları sildiyindən, heç nə tapa bilmədilər. Yəqin ki, tapsaydılar, həmin şəxsi buraxmayacaqdılar. Çünki, bizə demişdilər ki, ictimailəşdirən həbs olunacaq.”
Naxçıvan tərəfini gömrükçüləri isə, sərnişinlərdən baş verənləri sorğu-sual ediblər:
“Bizim gömrükçülər sağ olsunlar, hər kəsdən bir-bir baş verənləri soruşub, sənədləşdirdilər. Bizim İran tərəfdə incidilib, incidilməyimizi tez-tez soruşurdular.”
İyulun 19-dan 2-nə keçən gecə Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobus İran gömrüyünü keçdikdən dərhal sonra saxlanılmışdı. İran tərəfi 50-yə yaxın sərnişini yaxınlıqdakı məscidə yerləşib bildirmişdi ki, ərazini tərk edənlər həbs olunacaq.
Saxlanılan 3 avtobusdan öncə isə, sərnişin dolu bir avtobus maneəsiz Naxçıvana buraxılmışdı.
Geri qayıt |