
Tovuz rayonunda, "Ocaq" restoranına yaxın 160 hektar toxumçuluq ərazisində qanun icazə vermədiyi halda, kartof əkilib. Anxeber.az-a verilən məlumata görə, həmin torpaqlar dövlətin balansında olsa da, şəxsi məqsədlər üçün istifadə olunur. Bildirilir ki, toxumçuluq sahəsi olan 160 hektarlıq yerdə kartof əkdirən adi fermer, yaxud əkinçi deyil, Tovuzun icra başçısı Məmməd Məmmədovdur. Həmçinin rayonun Dondar Qazqulu əraziləri də zəbt edilərək kartof əkdirir. Nəticədə əkin sahələri susuz qalıb və suvarma yalnız icra başçısının ələ keçirdiyi torpaq sahələrinə verilir. Bu da yerli camaatın narazılığına səbəb olub. İcra başçısı öz səlahiyyətinə aid işlərlə məşğul olmaq yerinə toxumçuluq sahələrini yağmalayıb kartof əkdirir, pul qazanır. Yəni bir dövlət məmuru kartof satana çevrilib. Qeyd edək ki, toxumçuluğun məqsədi yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliyə, ziyanvericilərə və müxtəlif iqlim şəraitini dözümlü bitki sortları yetişdirmək və onların çoxaldılmasını təmin etməkdir. Toxumçuluğun vəzifəsi dövlət reyestrinə daxil edilmiş bitki sortlarının sorttəmizliyini, bioloji və məhsuldarlıq keyfiyyətlərini saxlamaq üçün sortdəyişmə və sorttəzələməni həyata keçirməklə toxumların kütləvi artırılmasıdır.
Anxeber.az

Geri qayıt
|