Əsas Səhifə > Manşet / Sosial > Hələ də bu şirkətə etibar edən varmı?

Hələ də bu şirkətə etibar edən varmı?


Bu gün, 09:40

"Şikayətim "Baku Electronics" və "Baku Service Company" ilə bağlıdır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Shukran Mammadli adlı istifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "İyun ayının 9-u Baku Elektroniks İnşaatçılar filialında 2 ədəd kondisinor almışam. Kondisionerlər pulsuz quraşdırma adı ilə satılıb.
Quraşdırmanı 13 iyun Baku Service Company həyata keçirdi. Kondisionerlərin hər biri üçün borular artıq hazır şəkildə təmir vaxtı çəkilib. Heç bir əlavə boru istifadə edilmədi. Sadəcə 1 kondisionerdə mis boru 12 mm diametrdə idi, kondisionerə uyğun olması üçün usta onu 10 mm boru ilə payat elədi. Bu quraşdırmanın bir hissəsi olmasına baxmayaraq usta 60 Azn ödəniş istədi. Mən etiraz etdim və servis əməkdaşı ilə danışdım. Əməkdaş isə 50 Azn ödəniş etməli olduğumu bildirdi. Etirazımı anındaca həm Baku Elektroniksə həm də Servisə bildirdim. Artıq iş başlamışdı deyə işi dayandırmadım. Sonda usta pulu istədi, heç bir pos terminal olmadan sadəcə card to card imkanı verildi. Hansısa qəbz təqdim edilmədi. Əlavə olaraq usta aboyumu zədələmişdi və çol blokda kondisionerin xarici blokunu kranşteyn ilə 4 yerdən bərkitmək yerinə yalnız 2 yerdən bərkitmişdi.
Mən həm təhkükəli və standarta uyğun olmayan quraşdırma, həm də əsassız alınan ödənişə görə hər iki tərəfə müraciət etməyimə baxmayaraq quraşdırma məsələsi yalnız 20 iyun həll edildi. Bu vaxta qədər təyin edilən bir usta gəlməmişdi. Digər usta isə gəlib yenə düzgün bərkitmə etməmişdi (bu quraşdırma edən ustanın özü idi)
Hər iki halda da mən işdən icazə almışdım və bütün günümü itirdim.
Alınan əsassız ödənişə görə isə hələ də nə Baku Elektroniks, nə də Servis mənə cavab verməyib. "Antiinhisar"a etdiyim şikayətə isə cavab olaraq servis yalan məlumat təqdim edib. Guya normadan artıq mis boru istifadə olunub. Amma ümumiyyətlə mis boru istifadə edilməyib. Dediyim kimi borular artıq çəkili vəziyyətdə idi..."


Geri qayıt