Əsas Səhifə > Manşet / Güney Press > SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI...

SOCAR rəhbərliyinə xoş görünsün deyə təzə rəhbər HOQQA ÇIXARDI...


Dünən, 16:53

"Niyə, ay təptəzə Komitə sədri? İşçilərin günahı nədir axı?" "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında ifadə edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı eyni zamanda növbəti giley dolu müraciəti ictimailəşdirib. NHMT sədri yazır:
"SOCAR✅Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə 07.07.205 tarixli 14 -2/3-3 6/2025 nömrəli əmr qərarı ilə Neft Kəmərləri idarəsinin Dübəndi İstehsalat Bölümünün işçilərinin əmək haqqına əlavə olunan artım əmsalı dayandırılıb... 
Əmr Qərarda daha bir neçə idarə də əlavə olunub.
Bununla bağlı şikayətçi düşən işçi yazır:
SOCAR Neft kəmərlərinin sturukrurunda olan Dübəndi istehsalat bölümündə çalışıram. Bizim maaşımız 20 faiz kəsilib. Hansı ki 20 faiz susuzluğa görə illərdi burda o pul ödənilir və indi çox çətin vəziyyətdəyik.
 Fəhləni düşünən yoxdur. Hara gəldi bizi göndərib işlədirlər və bildirmək istərdim ki bizə içməli su sadəcə ✅maşınla daşınır və ✅çəndən istifadə olunur... Bizdə su xətti yoxdur... lakin yeni neft kəmərlərinin rəhbərliyi belə qənətə gəlib ki, bizim su faizimizi kəsib... Bununla da SOCAR rəhbərliyi qarşısında xal qazansın..."



Geri qayıt