Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI...
Naxçıvan səhiyyəsində MALİYYƏ BÖHRANI...Bu gün, 10:59 |
Naxçıvan Respubilka Xəstəxanasında qənaət tədbiri adı altında elektrikə, suya, dezinfeksiya və yuyucu vasitələrdən istifadə minimuma endirilib. İşığa qənaət adı ilə paltaryuyan maşınların işlədilməsinə qadağa qoyulduğundan xəstəxanada antisanitariya hökm sürür.
Kondinsionerlərə qoyulan qadağa isə, yayın istisində palatalarda yatmağı dözülməz edir. Yeni qaydanı pozanların cəzalandırıldığı bildirilir.
Tibb heyətinin “Gündəlik Naxçıvan”a verdiyi məlumata görə, xəstəxana rəhbərliyi bütün bunları maliyyə çatışmazlığı ilə əlaqələndirir.
Paltaryuyan maşınların işləməməsi xəstəxanada xadimə çalışanların işini çətinə salıb. Adının çəkilməsini istəməyən xadimələrdən biri deyir ki, onları çirkli mələfə və paltarları əllərində, həm də soyuq su ilə yumağa məcbur edirlər:
“Əvvəl maliyyə çatışmazlığı deyib, maaşlarımızı kəsdilər, indi də belə edirlər. Camaşitxanada 7 böyük paltaryuyan maşın var, işlətməyə qoymurlar. Baş tibb bacıları xadimələri məcbur edirlər ki, həm öz işlərini görsünlər, həm də çıxan çirkli paltarları, mələfələri əllərində yusunlar. Üstəlik, suyu qızdırmağa da icazə vermirlər ki, işıq pulu yazır. Yuyucu vasitələr də yoxdur. Sadəcə soyuq suda yuyuruq. Belə olanda, təbii ki, təmiz yuyulmur. Buna görə də üzümüzə söz gəlir. Mələfələr, xəstə palratları çirk içində qalır, bu şəkildə yenidən istifadə edirlər. Bizi qul yerinə qoyublar. Etiraz edəndə də işdən çıxarmaqla təhdid edirlər.”
Digər xadimə isə bidirir ki, dezinfeksiya maddələri verilmədiyindən, tualet və hamamlarda antisanitariya hökm sürürü:
“ Bir tərəfdən deyirlər tualet, xəstələrin hamamı təmiz olmalıdır. Digər tərəfdən də sudan çox istifadə etməyə qoymurlar. Yuyucu vastələr də vermirlər. Əgər belə davam edərsə xəstəxana müalicə müəssisəsi deyil, insanları vürusa yolxdurma mənbəyinə çeviriləcək. Yayın istisində elektrikə qənaət adı ilə xəstəxanada olan kondisonerləri də işlətməyi qadağan ediblər.
Nə vaxta qədər belə davam edəcəyini də bilmirik. Aldığımız maaş az olsa da, işləməyə məcburuq. Çün ki, burada işdən çıxsaq, işsiz qalacağıq. Nə edəcəyimizi, kimə şikayət edəcəyimizi də bilmirik. Çünki, şikayət, narazılıq edənlər işdən qovulmaqla, töhmətlə, rayon xəstəxanalarına göndərilməklə hədələnirlər.”
Bundan öncə isə, maliyyə çatışmazlığı səbəbindən Naxçıvandakı xəstəxanaların vacib dərman prearatları ilə təmin olunmadığı ilə bağlı məlumat yayılmışdı.
Geri qayıt |