Əsas Səhifə > Manşet / Siyasət > DSMF səhiyyə nazirliyinin verdiyi sənədi ETİBARSIZ SAYIR?

DSMF səhiyyə nazirliyinin verdiyi sənədi ETİBARSIZ SAYIR?


Bu gün, 08:42

"Mən Qibiyeva Aygün Rahil qızı Qarabağ regionunun Fizuli Rayonu 32 nömrəli orta məktəbində Biologiya müəllimi işləyirəm". "DİA-AZ" xəbər verir ki, bu barədə narazı təhsil işçisinin müraciətində deyilir.

A.Qibiyeva daha sonra müraciətini belə davam etdirir: "May ayının 1-i 119 günlük analıq məzuniyyətinə çıxmışam.Səhiyyə nazirliyindən verilən sənəd DSMF tərəfindən qəbul edilmir. Hər gün zəng vururam Səhiyyə nazirliyi deyir, DSMF düzəldəcək, DSMF deyir, Səhiyyə nazirliyi düzəltməlidir... danışmaqdan yorulmuşam.

Psixologiyam artıq pozulub. Sənəddə olan bir bölmənin düzəltmək bu qədər çətindir?Hər dəfə sənəd geri qaytarılır. Bu son müraciətimdir. Artıq 3-cü aya keçmişik hələ də ödəniş ödənilmir.

Analıq məzuniyyətinə olan bir ananı - bir müəlliməni bu qədər incitməzlər. Xahiş edirəm köməklik edin. Şikayətimə baxan olmasa, birbaşa Cənab Prezidentə və Vitse-Prezidentə şikayət ünvanlayacam.

Xahiş edirəm, tez bir zamanda şikayətimə baxılsın və operativ reaksiya verilsin".


Geri qayıt