Əsas Səhifə > Manşet / Sosial > Vergini sən demə, Vasif Talıbova veriblər...
Vergini sən demə, Vasif Talıbova veriblər...Bu gün, 08:07 |
"Naxçıvan MR Prokurorluğu bir gündə 30-a yaxın iş adamına cinayət işi açıb. Onlar Vasif Talıbovun əmriylə vergilərini dövlətə yox, “xan” həzrətlərinə ödəməkdə şübhəli bilinirlər və hər birindən dövlət büdcəsinə milyonlarla manat ödəmələri tələb olunur". "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdəki paylaşımda iddia olunur.
İddiaada daha sonra deyilir: "Haqsızlığa məruz qaldıqlarını düşünən sahibkarlar ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə bildirilir:
“Naxçıvan sahibkarlarının müraciəti!
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına dəstək Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Cənab Prezident İlham Əliyev mütəmadi olaraq sahibkarlarla görüşlər keçirir və dəfələrlə qeyd edib ki: “Azərbaycanda sahibkar sinfinin formalaşması, onların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması dövlətin əsas vəzifələrindəndir.”
Ölkə başçısının qeyd etdiklərinə baxmayaraq, Naxçıvan MR Prokurorluğu tərəfindən bir qrup sahibkara (30-a yaxın) xüsusəndə mikro və kiçik sahibkarlara V.Talıbov dönəmindən bugünə kimi vergidən yayınmaları ilə bağlı cinayət işi açılıb.
Sahibkarlar bildirir ki, Prokurorluğun müraciətinə əsasən Naxçıvan MR Dövlət Vergi Xidməti bizə qarşı qərəzli yoxlamalar təyin edərək külli miqdarda vergi borcu yaratmışdır.
Sahibkarlar söyləyir ki, biz V.Talıbov dönəmində Naxçıvan Vergi Xidmətinin müəyyən etdiyi formada və tələblərlə fəaliyyət göstərmişik. Sonrakı dönəmdə isə bizə yumşaq keçid dövrü olduğu bildirilmişdir. Bununda səbəbi əvvəlki dönəmdə Gömrük orqanının Vergi xidmətinin qeyri-rəsmi formada fəaliyyət göstərməsi və biz sahibkarlarında buna məcbur edilməsi olubdur.
Əgər keçmiş dönəm üçün vergidən yayınma halları varsa bu hal Naxçıvandakı bütün sahibkarlara şamil edilməlidi niyə bir qrup mikro və kiçik sahibkara bu şamil edilib?
Bugün biz sahibkarlara cinayət işinin açılması məqsədli şəkildə bizim məhvimizə, iflasımıza yönəlib və bizi narahat edir".
Mövzunu diqqətdə saxlayacağıq.
Geri qayıt |