Əsas Səhifə > Manşet / Siyasət > Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİB
Cəlilabadın icra başçısı QAZİLƏRƏ SAVAŞ ELAN EDİBBu gün, 07:23 |
Cəlilabad rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovdan rayonda yaşayan qazilər və şəhid ailələri narazıdır. Vətəninfo.az xəbər verir ki, Birinci Qarabağ müharibəsi qazisi Asəf İsmayılov sosial şəbəkə hesabından videomüraciət yayaraq ölkə başçısı İlham Əliyevdən kömək istəyib. Asəf İsmayılov yaydığı videoda rayon icra başçısının yaşadığı küçəyə yeni asfalt örtüyünün çəkildiyini bildirərək qazilərə bu münasibətin olmadığını qeyd edib. Asəf İsmayılov bildirib ki, Qarabağ döyüşlərində qazi olan, həmçinin şəhid ailələrinin yaşadığı binanın qarşısı keçilməzdir. Şəhid ailələri və qazilər bir neçə dəfə bununla bağlı icra başçısına müracət etsələr də, onların şikayətlərinə baxan yoxdur. Qeyd edək ki, iddialara görə rayonda yaşayan qazilər, şəhid ailələri problemləri ilə bağlı icra başçısının qəbuluna düşməkdə çətinlik çəkirlər. Vətən müharibəsi iştirakçılarının və qazilərin müxtəlif sosial, məişət və səhiyyə problemləri ilə bağlı müraciətlərinə lazımi diqqətin göstərilmir. Geri qayıt |