Əsas Səhifə > Manşet / Gündəm > Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR

Mürsəlovun işçisi MİLLƏTİ TƏHLÜKƏYƏ ATIR


Bu gün, 07:11

Məşhur MorMor sularının antisanitar şəraitdə, hətta çirkab suyu kimi istehsal olunaraq "MorMor" adı altında satılması barədə görüntülər və iddialar ictimaiyyətdə ikrah hissi yaradıb.

32gun.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.

Paylaşımda bildirilir ki, bu suyun istehsal məkanı Gədəbəy rayonunun MorMor kəndində yerləşir və müəssisə Gədəbəy rayon icra hakimiyyətinin memarı Əlövsət Bayramova məxsusdur.

İddialarda həmçinin vurğulanır ki, sudakı kimyəvi maddələr narahatlıq doğurur. Şirkətin rəsmi saytında isə MorMor sularının birbaşa Gədəbəy rayonu MorMor kəndindən doldurulduğu qeyd olunur.

32gun.az olaraq əlavə edirik ki, bu su "Azərsun" holdinqinə məxsus "Bazarstore" mağazalar şəbəkəsində də geniş şəkildə satışda mövcuddur. Məsələ ilə bağlı müvafiq qurumların araşdırma aparması gözlənilir.


Geri qayıt