Əsas Səhifə > Manşet / Sosial > Sabunçuda əməlli-başlı DƏRƏBƏYLİKDİR...

Sabunçuda əməlli-başlı DƏRƏBƏYLİKDİR...


Bu gün, 09:06

Bakıda şlaqbaum küçəyə yolu məhdudlaşdırıb. "DİA-AZ" xəbər verir ki, bu barədə şikayətçi düşən sakinlərin iddiasına görə, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, “Razin Talkuçka” adlanan ərazisində ümumi istifadədə olan yol şlaqbaum quraşdırılmaqla bağlanıb.

Şikayətçilər bildirir ki, bu yol uzun illərdir ərazidə yaşayan və hərəkət edən sakinlərin istifadəsində olub. Lakin son günlərdə kimliyi məlum olmayan şəxslər tərəfindən yol bağlanıb və hərəkət məhdudlaşdırılıb.

“Kim icazə verib ki, bizim yolumuzu kəssinlər? Bu yol şəxsi mülkiyyət deyil, dövlət yoludur!” – deyə sakinlər bildirirlər.

Vətəndaşlar aidiyyəti qurumlardan məsələyə müdaxilə edilməsini və bu qanunsuzluğun aradan qaldırılmasını xahiş edirlər.


Geri qayıt