Əsas Səhifə > Manşet / Hadisə > Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir...

Zaur müəllimin yeni planı: Hədəfdə büdcəmizdir...


Bu gün, 10:08

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradıldıqdan sonra rayonlarda sürətlə sayğaclar qurmağa başlayıblar. İlk baxışdan yaxşı tədbirdir. Amma rayon ərazilərində hər bir həyətyanı sahədə 100-200 ağac olur, indi bu ağacları içməli su ilə suvarmaq olmaz, çünki baha başa gələr. ADSEA öz maraqlarından danışanda haqlı görünür – içmək üçün təmizlədiyimiz (?!) su ilə niyə ağaclar suvarılsın. Amma məsələ ondadır ki, indi içməli suyun da, elə suvarma suyunun da təchizi bir quruma - ADSEA-ya həvalə olunub. Hörmətli qurum rəhbərliyi, heç mi ağlınıza gəlmədi ki, əvvəlcə ərazilərdə təbiəti qorumaq üçün suvarma infrastrukturu yaradaq və yalnız bundan sonra sayğaca keçək. Üstəlik, sayğaclar da seçmə üsulu ilə qurulur – yəni bu “cəza” heç də hamı üçün deyil. Səbəbini kim bilməsə də, ADSEA sədri Zaur Mikayılov yaxşı bilir - ilk qərarları ilə ağacları qurutmağı bacarıbsa, daha “böyük” işlər görəcəyinə də şübhə etməyin. Hələ görək, ödədiyimiz vergilər hesabına büdcədən nə qədər dotasiya alacaqlar?

"DİA-AZ"


Geri qayıt