Əsas Səhifə > Manşet / Ölkə > "Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..."

"Bir Qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..."


Bu gün, 09:10

"Üzr istəmək böyüklükdür, amma bunu hər kəs bacarmır. Yaşı az olanlar da çox şeyi bilməz. Mücrü Nəşriyyatı Nəşriyyatının yaşı isə hər şeyi deyir...." "DİA-AZ" xəbər verir ki, bunu Rasul Hüseynli adlı sosial şəbəkə istifadəçisi qeyd edir. Qarabağ Qazisi olduğunu bildirən narazı vətəndaş daha sonra bunları əlavə edir:
"Təxminən 1 ay əvvəl Mücrü Nəşriyyatına menyu hazırlanması üçün sifariş verdim. Hər yerdə bu tip məhsullar 200-250 manata hazırlanırkən, onlar mənə 500 manat qiymət təklif etdilər. Qiymətin yüksək olduğunu soruşanda "keyfiyyət" cavabını verdilər. Razılaşdım. Razılaşmağımın əsas səbəbi isə, vaxtilə ucqar kənd məktəblərinə kitab göndərərkən mənə 30-40% endirim etmələri idi. Yəni qarşılıqlı hörmətə əsaslanmış bir münasibətə güvəndim.
28 may tarixində menyular hazır oldu və təhvil aldım. Sifariş 30 ədəd idi, əlavə vərəqlər qaldığı üçün 2 ədəd artıq hazırlanmışdı. Bu iki artıq nüsxənin də pulunu istədilər. Soruşdum: “Götürməsəm, nə edəcəksiniz?” Cavab verdilər: “Makalatura kimi veriləcək.” Dedim: “Tullayacağınız bir məhsul üçün niyə pul istəyirsiniz?” Uzun danışıqdan sonra həmin 2 nüsxəni mənə pulsuz verdilər.
Məhsulu açan kimi anladım ki, bunlar davamlı deyil – maksimum 1 həftə ömürləri var. Bunu Müşviq bəyə də dedim. Cavab verdi: “Nə problem olsa, bizlikdir. Onsuz da 2 ədəd artıq verilib.”
Ancaq 1 həftə keçməmiş menyularda problem yarandı: steplerlər qopur, vərəqlər ayrılır, üz laminasiyası soyulurdu. Bildirdikdə isə cavab belə oldu: “İstifadədən asılıdır, müştərilər diqqətli olsun.” Nəhayət, razılaşdırdıq ki, düzəltsinlər. 13 iyunda məhsulları yenidən təhvil verdim, 23 iyunda isə hazır olduğu bildirildi.
Bu gün – 24 iyun tarixində – yenidən təhvil aldım. Amma gördüm ki, sadəcə stepleri sayını artırıblar (2 yox, 3 stepler). Yəni yenə də eyni problemlər yaşanacaq. Üzr istəmək, problemə empati ilə yanaşmaq əvəzinə, əməkdaşlardan biri əsəbi tonda belə dedi: “Səbrimiz çatlayır, bundan artıq nə edək? Necə istəmisən, elə də vermişik!”
Təsəvvür edin – müharibədən yeni dönmüşəm, hələ maaş almamışam, çünki iş tam təhvil verilməyib. Amma artıq öz cibimdən 360 manat başqa bir şirkətdə menyuları yenidən çap etdirmişəm. Kompensasiya istəmirəm. Onsuz da o 500 manatı halal etmirəm. Amma bir üzr istəmək bu qədərmi çətindir?
Unutmayın, kitab və çap işi mədəniyyət sahəsidir. Təəssüf ki, sizdə bu mədəniyyət yoxdur.
Bu statusa görə kiminsə zəng etməsi və ya ziyana görə ödəmə təklifi mənim üçün keçərli deyil. Qəbul etmirəm. Status da silinməyəcək.
Bir qazinin əziyyətlə qazandığı pul sizə görə itirildi..."

Geri qayıt