Əsas Səhifə > Manşet / Hadisə > Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar...

Salyanda `MOZALAN`: Bu dəfə xadiməni ixtisara saldılar...


Bu gün, 10:49

SOCAR Azəriqaz İstehsalat Birliyi yenə də heyrətləndirir... "DİA-AZ" xəbər verir ki, növbəti ilginc "KADR İSLAHATI" barədə paylaşım edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı həm də olaya ironik reaksiyası ilə də diqqət çəkib. 
NHMT sədri bir vətəndaş gileyini təqdim edərək yazır:
"İşimi itirmək mənim üçün ailəmin bütün təməlini itirmək deməkdir. Bu, sadəcə bir vəzifə deyil – bu, bizim yaşamaq ümidimizdir. Sizdən xahiş edirəm: mənim bu ağır vəziyyətimə biganə qalmayın,
Azəriqaz İB Salyan Regional Qaz İstismar İdarəsinin Sabirabad Xidmət Sahəsində 10 il xadimə işləmiş Xəlilova Elmira Gülmirzə qızına qurum daxilində baş verən struktur dəyişiklikləri nəticəsində ona işdən azad olunmağı ilə bağlı rəsmi bildiriş verilib.
Xanım bildirir ki:
Bu xəbər mənim üçün böyük sarsıntı oldu, çünki hazırkı sosial vəziyyətim olduqca ağırdır.19 ildir kirayədə yaşayıram. Bir öz övladımı və övladlığa götürdüyüm iki körpəni təkbaşına böyütmüşəm. Balaca övladım anadangəlmə ürək xəstəsidir və daimi tibbi nəzarətə ehtiyacı var. Böyük övladım isə Bakı şəhərində kollecə qəbul olunub, bir il təhsil alıb və hal-hazırda SOCAR-da işləyə bilmək ümidi ilə var gücü ilə çalışır..."
Bunun ardından isə M.Qəhrəmnalı baş verən olaya ironik şəkildə belə reaksiya verirb: "SOCAR təcrübəsi (müşahidələrim) əgər Salyan RQİİ-nin Sabirabad XS-də də tədbiq olunsa, bu halda xadimə işi 2-ci vəzifə kimi hansı şəxsə həvalə olunacaq?.."
"DİA-AZ" olaraq qeyd edirik ki, buna bənzər hadisə zamanında "Mozalan"ın da süjetlərindən birində yer almışdı...

Geri qayıt