Hər il Sertifikasiya imtahanında bir problem yaradan ARTİ bu il də bu oyunlarından geri qalmadı. 18.05.2025-ci il tarixindən Sertifikasiya imtahanlarına başlanıldı. Başladığı andan şikayətlər də artmağa başladı. Aldığımız məlumatlara görə...
- Bir şəxsə fənni üzrə deyil, başqa fənndən suallar verilib. Müəllim bir neçə dəfə bildirdikdən sonra öz fənninə aid suallarla təmin edilmişdir. Müəllim 35 dəqiqə gec imtahana başlamışdır. Üstəlik stress, əsəb, narahatlıq müəllimin daha gərgin şəkildə testi işləməsinə səbəb olmuşdur.
- İmtahanın sonlarına yaxın xaos yaranması, işləyən və suallar üzərində düşünən müəllimlər üçün çox narahatlıq yaratmışdır. Müəllimlər həm əsəbləşdiklərini, həm də diqqətlərini toplaya bilmədiklərini bildirdilər.
- Müəllimlər Azərbaycan dili fənni üzrə mətn tapşırıqlarından şikayət edirlər. Bildirirlər ki, çox çətin mətnlər salınmış və zaman faktoru nəzərə alınmamışdır. Yalandan adına oxuyub-anlama bacarığı desələr də, müəllimlərin 35% maaş artımına düşməmək üçün bilərək hərtərəfli düşünüb ən çətin mətn suallarını salmaq ARTİ-yə qarşı birmənalı olaraq nifrəti artırmışdır. Çünki bu mətn tapşırıqları savad yoxlamaq üçün deyil, bilərək qəsdlə seçilmiş suallar idi. Bütün müəllimlər tək bir söz dedilər: Ayıb olsun!
Müəllimləri bilərək və istəyərək nüfuzdan salmaq istəklərini ardıcıl şəkildə yerinə yetirirlər. Üstəlik Nurlan İsmayılbəyli artıq valideynlərin də müəllimlərin sertifikasiya ballarını görəcəkləri bildirir. Bu da ədavət və prinsipin, o cümlədən müəllim nüfuzun aşağı salmaq yollarından biridir.
Suallar hazırlanarkən ancaq "Nə etsək, müəllimlər kəsilər" düşüncəsi ilə sual hazırlayan və ən çətin sualları yazmaq üçün cəhd edən bir qurum varkən, müəllimlər də artıq peşələrindən nifrət edəcək.
P.S. Hər halda hörmətli cənab Elm və Təhsil naziri Əmrullayev yoldaş üçün yuxarıda sadalananlar ciddi siqnal rolunu oynamalıdır. Və reaksiyası vacibdir...
Geri qayıt
|