Əsas Səhifə > Manşet / Gündəm > "Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"
"Şəhriyar Laçınov Əli Həsənovun sözündən çıxa bilmədi və məni işdən azad etdi"Bu gün, 07:34 |
"Mən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm. 26 saylı Sabunçu birinci seçki dairəsinin məntəqə sədri kimi işləmişəm və fəaliyyətimdə heç vaxt hansısa nöqsan aşkar olunmayıb. Amma direktor Şəhriyar Laçınov mənim yanımda dəfələrlə deyib ki, "Kaspi Tədris Mərkəzi"ndən olan dostları ondan yeni şöbə müdiri vəzifəsinə təyin olunmalarını xahiş ediblər. Direktor deyirdi ki, onların təklifini yerə sala bilməz. Ona görə də, məni otağına çağırıb öz ərizəmlə işdən çıxmağımı təklif etdi. Qəbul etməyəcəyim təqdirdə Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə işdən çıxardacağı ilə hədələdi. Nəhayət həqiqətən də Əli Həsənovun "Kaspi"dən olan kadrını mənim yerimə şöbə müdiri təyin etdi və məni həmin maddə ilə işdən uzaqlaşdırdı. Mənim isə öhdəliyimdə iki azyaşlı övladım var. Yaşlı atam və anam bizimlə birgə yasayır və ailədə yeganə qazanc mənbəyi mənəm. Sosial dövlət olan Azərbaycanda qüvvədə olan əmək qanunvericiliyinə görə, mənim heç bir səbəb olmadan işdən çıxarılmağım qanunlara ziddir. Bunu bilsə də, direktor Şəhriyar Laçınov ölkənin qanunlarını heçə saydı və "Kaspi"dəki dostlarının xahişini üstün tutdu", - Orxan Hacıyev vurğulayıb.
P.S. Səslənən iddialarla bağlı yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq! Geri qayıt |