Əsas Səhifə > Manşet / Gündəm > Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR...
Şəkidə Qarabağ qazisini SAYA SALAN YOXDUR...Bu gün, 07:48 |
"Çox hörmətli, cənab Ali Baş Komandan İlham Əliyev! Mən, 2020-ci ildə Sizin əmriniz əsasında Qarabağın azad edilməsi uğrunda başlanmış müharibə zamanı cəbhəyə yola düşdüm və axıradək döyüşdüm. Doğrudur, aldığım yaralaradan indi də əziyyət çəkirəm, sağlamlığımı da qismən itirmişəm. Belə bir vəziyyətdə mən kəndimizdə əvvəlki kimi hər hansı bir fiziki işlə -ağır təsərrüfatla məşğul ola bilmirəm. Dorudur,hazırda atamın köməkliyi sayəsində , xırda təsərrüfat işlərilə məşğul olub birtəhər dolanırıq. Doğrudur, əvvəllər 5-6 baş qoyun, 3-4 baş mal-qaramız olardı. Babat dolanardıq, onları da aldığım ciddi yaraların sağalması üçün satıb müalicələrə xərclədik. Ailəmizə verilən pay torpaqda yoncalı ot yetişdirib satıram. Amma qoyun –quzum olsa özüm baxaram Və xırda biznes yaradıb ailəmizə çətinlik olmadan baxa bilərəm. Budur, 2 ilə yaxındır ki, Şəki Məşğulluq İdarəsində işsiz kimi qeydiyyata alınıb, özünəməşğulluq üzrə qoyun-quzu almaq üçün növbəyə durmuşam. Amma məni heç yada salan da yoxdur. Ona görə də bizi kimi kasıblar illərdir ki, gözləyirik ki, nə vaxt bizim adımıza da bir müharibə iştirakçısı-qazi kimi duz salacaqlar. Amma deyəsən Şəkidə bu mümkün olmayan məsələyə oxşayır.Çünki idarədə bildirilər ki, növbəni gözlə vəssəlam Nə vaxta qədər, hansı əsrədək bunu dəqiq deyənsə yoxdur. Yəni Məşğulluq idarəsinə ayaq döyməyin mənası yoxdur. Bolluca vaxtmız və yola verdiyimiz pullar xərclənir. Ona görə də cənab Prezident birbaşa Sizə müraciət etmək zorunda qaldım. Sizdən çox xahiş edirəm ki, mənə də bir işsiz kimi özünəməşğulluq layihəsindən yararlanmağıma köməklik edəsiniz. Axı mən hazırda müharibə iştirakçısı kimi döyüş zamanı aldığım yaralardan əziyyət çəkirəm. . İndi necə olur ki, bizi yada salmırlar, süründürürlər". Geri qayıt |