Əsas Səhifə > Manşet / Sosial > Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ...
Naxçıvanda icra hakimiyyəti NƏ İŞƏ YARAYIR Kİ...Dünən, 11:26 |
Naxçıvan şəhərinin mərkəzi abadlaşdırılsa da, ətraf məhlələrin çoxu bərbad vəziyyətdə qalıb. Belə yerlərdən biri də Səməd Vurğun küçəsidir. Bu ünvanda yaşayan sakinlər əsasən yolların pis vəziyyətindən və gecələr küçələrdə işıqlandırmanın olmamasından şikayət edirlər. Onlar bildirirlər ki, bu problemlər üzündən gündəlik həyatda ciddi əziyyət çəkirlər.
Sakinlər „Gündəlik Naxçıvan“a bildirirlər ki, qışda palçıqdan, yayda toz- torpaqdan küçələrdə yerimək mümkün olmur. Hətta sifariş olunan taksilər belə yolun bərbadlığı səbəbindən bu küçəyə gəlməkdən imtina edirlər:
“Ancaq gözə görünən mərkəzi hissəni abadlaşdırıb pul yeyirlər. Məhəlləmizin küçələrində yollar bərbad haldadır. Asfaltın dağılması maşınla belə gedib, gəlməyi çətinləşdirir. Yayda toz-torpaqdan nəfəs almaq, qışda palçıqdan yerim mümkün olmur. Yağış yağanda da sel-su hər yeri basır. Ətrafda nə qədər daş, çınqıl, zibil var həyətlərə dolur. Taksi belə çağıranda bu məhləyə gəlməkdən imtina edir”.
Sakinlər gecə işıqlandırmasından da narazıdırlar:
“Gecələr İşıqlandırma da yox dərəcəsindədir. Qaranlıqda getmək mümkün deyil. Qaranlıq olduğundan, küçə itləri at oynadırlar. Bir neçə dəfə itlərin hücumuna məruz qalmışıq. Tək olanda hücum edib, parçalaya da bilərlər. ”
Sakinlər deyirlər ki, problemlə bağlı dəfələrlə bələdiyyəyə, Naxçıvan İcra Hakimiyyətinə şikayətlər etsələr də problemlə maraqlanan olmayıb.
Geri qayıt |