Əsas Səhifə > Ana xəbər / Güney Press > Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilir
Hakimiyyəti ələ keçirmək üçün əməliyyat keçirilirBu gün, 06:36 |
|
Ermənistanda hökuməti dəyişdirmək üçün siyasi əməliyyat həyata keçirilməyə cəhd edilir. "DİA-AZ" Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan İctimai televiziyada Rusiya ilə münasibətlərdən danışarkən bildirib. "Əgər Ukraynada maraqlarını hərbi yolla irəli sürməyə çalışırlarsa, Ermənistanda siyasi əməliyyata, hakimiyyəti ələ keçirməyə cəhd edilir. İndi demokratiyamızdan bizə qarşı istifadə etməyə çalışırlar. Deyirlər ki, internetdə rublumuzla o qədər reklam alacağıq ki, hər şey bizim olacaq. Biz onların Ermənistanı quberniyaya çevirmələrinə imkan verməyəcəyik, bizi Belarus kimi idarə etməyəcəklər", - deyə o qeyd edib. Geri qayıt |