Əsas Səhifə > Ana xəbər / Güney Press > “Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdə
“Mehdiyev işi”ndə səssizlik, nəvəsi bahalı həyatı ilə gündəmdəBu gün, 08:29 |
|
Babası ev dustağı olan Hikmət Əliyev hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı Türkiyə, Fransa, İngiltərə və Serbiyada biznes şəbəkəsini sürətlə genişləndirir
Dia.az-ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin nəvəsi hazırda Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı Türkiyə, Fransa, İngiltərə və Serbiyada biznes və daşınmaz əmlak şəbəkəsini sürətlə genişləndirməkdədir. Belə ki, Hikmət Əliyev bu ölkələrdə əsasən villalar və ictimai iaşə obyektləri alıb və onların bir çoxunu qısa müddət sonra icarəyə verib. Bununla yanaşı, son bir il ərzində Hikmət Əliyev öz avtomobil kolleksiyasını əhəmiyyətli dərəcədə genişləndirib, həm say, həm də dəyər baxımından onu daha da zənginləşdirib. Onun Avropa və Şərq ölkələrində əyləncələrə xərclədiyi böyük məbləğlər də diqqət çəkməyə başlayıb. Artıq Hikmət Əliyevin xarici ölkələrdə bəzi media orqanları və blogerlərin diqqət mərkəzinə düşdüyü iddia olunur. Bu isə o deməkdir ki, onun lüks yaşamı və sərhəd tanımayan əyləncə həyatı Azərbaycanın adının gəzib-dolaşdığı ölkələrdə mənfi kontekstdə hallanmasına səbəb ola bilər. Onun xüsusilə Avropada aldığı villalar və ictimai iaşə obyektləri, eləcə də milyonlarla ölçülən avtomobil kolleksiyası beynəlxalq maliyyə monitorinqi orqanlarının da diqqətini cəlb edə bilər. Mansur İbrahimov bildirib ki, xüsusilə Şabranda baş vermiş və Ramiz Mehdiyevin, eləcə də onun kürəkəni İlham Əliyevin adı ilə bağlı olan cinayət faktları barədə iki qovluq materialı lazımı orqanlara göndərib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan bəhrələnərək kənd təsərrüfatı ilə məşğul olub, yüzlərlə iş yeri yaradıb, lakin sonradan təzyiqlərlə üzləşib. Sahibkar iddia edir ki, İlham Əliyev şəriklik adı ilə onun biznesinə daxil olaraq heç bir vəsait qoymadan şirkətlərini və torpaqlarını ələ keçirib. Mansur İbrahimovun sözlərinə görə, məhkəmələrdə də haqlı olsa da, hakimlər qərarları Ramiz Mehdiyevin kürəkəninin xeyrinə çıxarıblar. O, həmçinin iddia edir ki, 3 milyon manatlıq alqı-satqı müqaviləsi sənədlərdə cəmi 5 min 600 manat kimi göstərilib və həmin vəsait də faktiki olaraq özü tərəfindən ödənilib. Bakı Kommersiya Məhkəməsində keçirilən iclasda İlham Əliyevin ödəniş etmədiyini etiraf etdiyi də qeyd olunur. Sahibkar deyir ki, Ramiz Mehdiyev və onun kürəkəni Şimal zonasında aqrar sahədə həyata keçirilən dövlət siyasətinə zərbə vurub, biznesləri ələ keçirib və sosial narazılıq yaratmağa çalışıblar. Mansur İbrahimov qeyd edir ki, ona məxsus olan və İlham Əliyev tərəfindən zəbt olunmuş torpaqlarda hazırda Hikmət Əliyevin adına “Hikmət Aqro” adlı şirkətin fəaliyyət göstərir. Musavat.com Geri qayıt |