Əsas Səhifə > Ana xəbər / Güney Press > AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma

AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma


Bu gün, 04:54

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibindəki aparıcı elmi mərkəzlərdən biri olan Neft-Kimya Prosesləri İnstitutu bitkilərin boy stimullaşdırıcılarının alınması üçün elmi-tədqiqat xidmətləri, təcrübə-sınaq işlərinin aparılması və sınaq partiyalarının tədarükü məqsədilə "Tələt" firması ilə müqavilə bağlamağa hazırlaşır.

32gun.az xəbər verir ki, bu mühüm layihə üçün nəzərdə tutulan vəsaitin həcmi 351.640 AZN təşkil edir.

Layihənin icraçısı kimi seçilən "Tələt" firması ilə bağlı bəzi detallar diqqət çəkir.

32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən firmanın dövlət büdcəsinə 1458.15 AZN məbləğində vergi borcu mövcuddur.

Cəmi 10 manatlıq nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş firmanın hüquqi ünvanı Füzuli rayonunun Bala Bəhmənli kəndi olaraq göstərilib.


Geri qayıt