“Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyi zamanı baş verən atışma insidentindən sonra Prezident Donald Tramp, birinci xanım Melaniya Tramp, vitse-prezident Ceyms Di Vens və digər iştirakçıların təhlükəsiz vəziyyətdə olduğunu öyrənmək məni sevindirdi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Zorakılığın demokratik cəmiyyətlərdə yeri yoxdur. ABŞ Prezidentinə hazırkı çətinliklər fonunda gələcəkdə də rifah arzulayıram”, – deyə o qeyd edib.