Əsas Səhifə > Ana xəbər / Güney Press > Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIR
Bir qurumda bu qədər adamın işləməsinə ehtiyac yoxdur, İXTİSARLAR OLMALIDIRBu gün, 06:58 |
|
Son dövrlər bir sıra icra hakimiyyətlərində aparılan ixtisarlar və struktur sadələşdirmələri diqqət çəkir. Məlumata görə, təxminən 10-a yaxın icra hakimiyyətində aparatın optimallaşdırılması həyata keçirilib və bu, əsasən büdcə yükünün azaldılması ilə əlaqələndirilir. Mövzu ilə bağlı deputat Elşad Musayev Sitat.info-ya açıqlama verib. O, icra orqanlarında gedən prosesləri ümumi idarəetmə islahatları kontekstində dəyərləndirib. Deputat yerli idarəetmə və bələdiyyələrin səlahiyyətləri ilə bağlı da fikirlərini bildirib. Elşad Musayev qeyd edib ki, icra hakimiyyətlərində gedən ixtisarlar ümumi icra orqanlarında aparılan islahatlarla bağlıdır: "Biz icra hakimiyyətlərində çoxlu adamların işləməsinin tərəfdarı deyilik, ixtisarlar olmalıdır. Azərbaycan idarəetmə formasına görə prezidentli respublikadır. Yerlərdə idarəçililə bağlı ümumiyyətlə müxtəlif təkliflər var. Ölkənin böyük vilayətlərə bölünüb, idarə olunması var. Söhbət prezidentin xüsusi nümayəndəliyindən gedir. Əsasnaməyə baxsanız görərsiniz ki, prezidentin xüsusi nümayəndəsinin əsasnaməsi icra hakimiyyətlərindəki əsasnamə ilə təqribən uyğun gəlir.Cənab prezident tərəfindən o strukturlar müəyyən ərazilər üçün yaradılıb. Oərazilərə yeni bir baxış tələb olunur, yenidənqurma nəzərdə tutulub. Hesab etmirəm ki, bütün ərazilərdə xüsusi nümayəndəlik yaranacaq. Bu islahatlar isə indiki dövr üçün bir optimal addım kimi nəzərdə tutulub”. Deputat bildirdi ki, yerli idarəçilik çox vacib sahədir: “Yerli idarəçilik dünyanın hər yerində çox vacib sahədir. Ölkədə sabitliyi qorumağa çalışırıqsa, yerlərdə idarəçilik forması səmərəli işləməlidir. Ən demokratik idarəetmə orqanı bələdiyyələrdir, ona görə bələdiyyələrə müəyyən səlahiyyətlər verilməlidir. Misal üçün, bələdiyyələrin əlindən zibil yığmağı almışıq. Əslində baxanda bunun üçün ayrıca orqan yaratmağa nə ehtiyac var? Reklam məslələri, parkinq məsələsi bələdiyyələrə verilə bilər. İndi bələdiyyə adicə parkinq qura bilmir. Başa düşürəm ki, indiyə qədər bələdiyyələrin fəaliyyəti qənaətbəxş olmayıb. Çünki işləyənlərin özləri də belə fikirləşiblər ki, torpaq satmaqla məşğul olmalıdırlar. Onların səlahiyyətlərinin çoxu götürülüb. Sadəcə olaraq bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqan yaxşı nəzarət etməlidir ki, əlavə problem yaranmasın. Ali icra hakimiyyətinin təmsilçisi də burada bir növ valilik qismində çıxış etməlidir”. Geri qayıt |