Əsas Səhifə > Ana xəbər / Güney Press > Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdı
Qaradağ Rayon İcra Hakimiyyətinin struktur bölməsinin külli miqdarda vergi borcu üzə çıxdıBu gün, 06:48 |
|
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) dövlət büdcəsinə ciddi miqdarda vergi borcu olduğu məlum olub.
"32gun.az"-ın məlumatına görə, rayonun kommunal xidmətlərinə məsul olan bu dövlət strukturunun hazırda 101.192,27 AZN məbləğində ödənilməmiş vergi öhdəliyi mövcuddur.
Rayon ərazisində mənzil fondunun saxlanılması, təmizlik və abadlıq işlərinə cavabdeh olan bir qurumun 100 min manatdan artıq borc yükü altına girməsi idarəetmədəki maliyyə intizamı ilə bağlı suallar doğurur.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2026-cı ilin yanvarında vəzifəsindən azad edilib və hazırda başçı postu boşdur. İcra Hakimiyyəti Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri isə Namizəd İsmayılovdur.
Geri qayıt |