Əsas Səhifə > Ana xəbər / Güney Press > MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır!
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır!Bu gün, 05:18 |
|
Mingəçevir Dövlət Universiteti "Azəristiliktəchizat" ASC ilə bağladığı 19.000 AZN-lik istilik və isti su təchizatı müqaviləsini elektron portalda (e-tender.gov.az) dərc edib. 32gun.az xəbər verir ki, Lakin sənədin dərc olunma vaxtı dövlət satınalmalarındakı idarəetmə və şəffaflıq məsələlərini yenidən gündəmə gətirib. Belə ki, icra müddəti 1 yanvar tarixində başlayan və aprelin 30-da bitməli olan xidmətin təfərrüatları, işin başa çatmasına cəmi 9 gün qalmış – 21 aprel tarixində sistemə daxil edilib.
Xatırladaq ki, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminovdur. Geri qayıt |