Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər...
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər...Bu gün, 15:07 |
|
Azərbaycanda idarəetmə sisteminin daha çevik və səmərəli təşkili ilə bağlı müzakirələr fonunda icra hakimiyyətlərinin regional əsasda birləşdirilməsi məsələsi yenidən diqqət mərkəzinə gəlib. Bu cür modelin inzibati xərclərin azaldılması və koordinasiyanın gücləndirilməsi baxımından üstünlükləri qeyd olunsa da, onun mövcud idarəetmə sisteminə necə inteqrasiya olunacağı sual doğurur. Görəsən, Azərbaycanda icra hakimiyyətlərinin regional əsasda birləşdirilməsi real və effektiv islahat modeli ola bilərmi? Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Asif İbrahimov bildirib ki, icra hakimiyyətlərinin regional əsasda birləşdirilməsi nəzəri olaraq mümkündür, lakin bu, ciddi institusional və hüquqi dəyişikliklər tələb edir.
Asif İbrahimov vurğulayıb ki,belə bir islahat yalnız mərhələli və balanslı şəkildə həyata keçirilə bilər.
İqtisadçının fikrincə, icra strukturlarının regional əsasda birləşdirilməsi mümkündür, lakin bunun effektiv nəticə verməsi üçün kompleks islahatlar və mərhələli keçid planı vacib şərtdir. Geri qayıt |