Əsas Səhifə > Ana xəbər / Güney Press > Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?!

Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?!


Bu gün, 08:20

"2 gün əvvəl iqtisadiyyatımızı indiki acınacaqlı günə qoymuş 6 vəzifəli haqda giriş statusu yazdım və onların fəaliyyətini işıqlandırmağa səslədim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi Əkrəm Həsənov qeyd edib.

O daha sonra bildirir: "Budur, artıq mətbuat onlardan biri – baş nazir Əli Əsədovun biznes imperiyası haqda yazdı (mənim siyahımda o, 4-cü idi, yəqin aprel ayı 4-cü olduğu üçün ondan başlanıldı). Yeri gəlmişkən, baş nazirə iradlarımdan biri o idi ki, 7 ildir ki, qanuna zidd olaraq məmurların gəlir bəyannəməsi formasını təsdiq etmir və bununla da korrupsiyaya rəvac verir. 4 il əvvəl ona məktub da yazaraq həmin formanın layihəsini göndərmişdim ki, korrupsiya ilə mübarizə aparırsansa təsdiqlə... Amma mənə heç cavab da vermədi...

İndi məlumdur niyə. Özünün bu qədər əmlakı ola-ola elə formanı necə təsdiqləsin axı?! Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər. Bunun özü də işıq ucudur: gəlin hamısının əmlakını dövlət nəfinə alaq və bununla da büdcəmizi dolduraq. Gələcəkdə hətta paket şəklində aldıqlarından da məhrum etmək olar. Məbləğlər zatən bəllidir. Neçə milyard pul edəcək..."


Geri qayıt