Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda bağlanan “Rus evi”nin ŞOK planı
Bakıda bağlanan “Rus evi”nin ŞOK planıDünən, 11:29 |
|
Rusiya Cənubi Qafqazda təsirlərini gücləndirmək üçün yenə rus dilindən istifadə etməkdədir. Tribunainfo.az bildirir ki, 2025-ci ilin noyabrında Rusiya Federasiyasından tələbə könüllülər “Rusiya üçün!” humanitar layihəsi çərçivəsində Ermənistana gələcəklər. Bu barədə NEWS.am-a Ermənistandakı Rus Evinin mətbuat xidməti məlumat verib. Ermənistandakı könüllülərin missiyası biliyin dərinləşdirilməsinə və erməni məktəblilərinə müasir, həyat qabiliyyətli rus dilinin nümayiş etdirilməsinə diqqət yetirəcək. İş “Rossotrudniçestvo” ilə əməkdaşlıq edən bir sıra təhsil platformalarında aparılacaq. Qeyd edək ki, Azərbaycan “Rus Evi”ni bağlayıb. Kreml və mərkəzin rəhbəri Primakov ümid edir ki, Bakıda fəaliyyətini bərpa etmək mümkün olacaq. Lakin “Rusiya üçün” şüarı ilə tələbələrin Ermənistana göndərilməsi Moskvanın planlarından xəbər verir. Geri qayıt |