Əsas Səhifə > Ana xəbər / Güney Press > “Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR?

“Sputnik Azərbaycan”ın əməkdaşları Rusiyada EV DUSTAĞI EDİLİR?


Bu gün, 08:01

Xəbər verdiyimiz kimi, “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıxion ardından adıçəkilən media orqanının böyük redaktoru Yevgeni Belousov da azadlığa buraxıldı.

Ağır cinayətlərdə ittiham olunan hər iki şəxsi Xətai Rayon Məhkəməsi ev dustaqlığına buraxıb.

Maraqlıdır ki, üzərində cinayət işi olduğu üçün ölkədən də çıxışına məhdudiyyət qoyulan bu şəxslər Rusiyaya gedib.

Bəs görəsən, qanun nə deyir? Adıçəkilən şəxslər hansı əsasla ölkəni tərk edə bilib?

Gununsesi.info-ya danışan hüquqşünas Əkrəm Həsənovun sözlərinə görə, həmin şəxslərin üzərindən qətimkan tədbirləri götürülmüş də ola bilər: “Biz məsələnin tam təfərrüatlarını dəqiq bilmirik, xüsusi olaraq məlumat verilməyib. Amma ola bilər ki, qətimkan tədbiri üzərlərindən götürülüb. Yaxud da, heç olmamış da ola bilər. Məsələn, deyə bilərlər ki, həmin şəxs və ya şəxslərə dair cinayət işi gedir, amma biz buraxırıq, lazım olanda da çağıracayıq. Görünür, ev dustaqlığı da yoxdur. Proseslər olmadığına işarədir.

Bəlkə, cinayət işinə ümumiyyətlə xitam verilib? Dəqiq olan budur ki, hazırda məhdudiyyət yoxdur. Əks halda, getmək mümkün olmazdı”.

Dövlət Sərhəd Xidməti isə saytımızın bu barədə sualını şərh etməkdən imtina edib.

Xatırladaq ki, bu ilin iyununda Azərbaycan Daxili İşlər Nazirliyinin “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) ofisində əməliyyat keçirib. “Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx və böyük redaktoru Yevgeni Belousov həbs edilmişdi.


Geri qayıt