Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyevin QİSAS TAKTİKASI...

Ramiz Mehdiyevin QİSAS TAKTİKASI...


Bu gün, 07:36

Bir neçə gündür ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cavab zərbəsinə keçid etdiyi deyilir. Sosial şəbəkələrdə Mehdiyevin onu illərlə dəstəkləyib vəzifəyə gətirdiyi, lakin sonradan ondan üz çevirən şəxslərə qarşı ifşa mexanizmini işə saldığı qeyd olunur.

Uzun illər dövlət idarəçiliyində böyük siyasi və maddi nüfuza malik olan Mehdiyev hazırda onu “unudan” keçmiş yaxın ətrafına xəbərdarlıq göndərir. Artıq prosesin ilk hədəfləri də bəllidir. Onun dəstəyi ilə deputat mandatı qazandığı deyilən Elman Nəsirli və Fəzail Ağamalının adları bu ifşa dalğasında ön plana çıxıb.

Qeyd olunur ki, Ana Vətən Partiyasının qurultayında yaşanan biabırçılıq, Fəzail Ağamalının qızı Günay Ağaçalının adı ətrafında yayılan məlumatlar və Elman Nəsirlinin ailəvi qalmaqalı təsadüfi görünmür. Bu hallar Mehdiyevin “sükut edin, əks halda mən danışaram” mesajı kimi qiymətləndirilir.

Mehdiyevin yaxın günlərdə daha bir neçə keçmiş həmkarı və deputat barəsində kompromatları dövriyyəyə buraxacağı gözlənilir. Görünür, siyasi səhnədə yeni qarşıdurma mərhələsi başlayır və bu dəfə oyunun qaydalarını illərdir səhnənin arxasında qalan köhnə “boz kardinal” müəyyənləşdirir?

"DİA-AZ"


Geri qayıt