Əsas Səhifə > Ana xəbər / Güney Press > Tranzit razılığı Azərbaycana 40 milyon dollara qədər gəlir gətirə bilər -
Tranzit razılığı Azərbaycana 40 milyon dollara qədər gəlir gətirə bilər -Bu gün, 07:07 |
|
Azərbaycan Rusiya məhsullarının Ermənistana tranziti üçün dəmir yollarından istifadəyə razılıq verib. Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib və tranzitin təşkili üzərində Rusiya Dəmir Yolları regional həmkarları ilə işləyir. Azərbaycan üzərindən Rusiya məhsullarının Ermənistana tranziti ölkəmizin nəqliyyat sektoru və regional ticarət imkanlarına hansı iqtisadi faydalar gətirə bilər? Redaktor.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirdi ki, bu razılığın ən böyük faydalarından danışarkən ilk olaraq tranzit gəlirlərini qeyd etmək lazımdır. "Tranzit gəlirləri risksiz və stabil olduğu, həmçinin də xarici valyuta qazandırdığı üçün iqtisadi səmərə təşkil edir. Xarici valyuta milli valyutanın dayanıqlılığının qorunması üçün xüsusi əhəmiyyət kəsb edir. Əldə olunacaq gəlir proqnozuna qaldıqda düşünürəm ki ,30-40 milyon dollar arası gəlir gətirə bilər. Tranzit gəlirləri ilə yanaşı bu sahə ilə bağlı digər sektorların da gəlirlilik səviyyəsinə təsir göstərəcək. Məsələnin riskli tərəfinə qaldıqda isə məlumdur ki, münaqişəli ölkələr arasında razılıq olub. Regionda baş verə biləcək hər hansı bir dəyişiklik, geosiyasi sabitliyin pozulması razılıqdan imtina səbəbidir. Bunun üçün də təhlükəsizlik məsələsi burada əsas strukturdur. Ölkəmizin nəqliyyat sektoru və regional ticarət imkanları isə bu uzunmüddətli proqnozdur. Uzun müddətli proqnoz vermək üçün ilk növbədə qısa müddətdə baş verə biləcəkləri analiz etməliyik", - deyə müsahibimiz qeyd etdi. Geri qayıt |