Əsas Səhifə > Ana xəbər / Güney Press > "Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..."
"Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir..."Bu gün, 17:00 |
|
“Azəriqaz” abonentlərin razılığı və məlumatı olmadan yeni sayğacları çıxararaq köhnə sayğaclarla əvəz edir. Tribunainfo.az xəbər verir ki, bu problemlə üzləşən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan massivi sakini Fəridə Aslanova-Rüstəmova məsələni öz sosial şəbəkə səhifəsində ictimailəşdirib. Şikayətçi bildirib ki, onlara heç bir məlumat verilmədən sayğacları dəyişdiriblər. Halbuki abonentlər dəyişdirilən smart tipli sayğaclardan narazı olmayıb: “Şəkildəki mexaniki qaz sayğacımızdır. Yəni bunu ötən həftə “Azəriqaz”ın əməkdaşları bizdən icazəsiz quraşdırıblar. Məsələ ilə bağlı mütəxəssis, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, köhnə sayğaclarla əvəzlənən smart tipli sayğaclar daha yaxşı idi: “Smart tipli sayğaclar əlbəttə ki, daha yaxşıdır. Abonentlərin narazılığında haqq var. Abonent bu halda məhkəməyə müraciət etməlidir. Sayğac dəyişdiriləndə abonentə məlumat verilməlidir. Bu barədə abonentin məlumatının olması mütləqdir. Məlumat verilməli və akt tərtib olunmalıdır. Bu barədə bir dəfə də ətraflı yazmışdım. Ölkəyə əsasən Alman markası olan Zenner Atmos şirkətinin, lakin Çinin Şanxay şəhərində yerləşən (Şanxay) “Zenner Metering Technology (Shanghai) Ltd müəsisəsi tərəfindən istehsal ounan Zenner G-2.5T, Zenner G-4T, Zenner G-6 T, Zenner G-4 və G-6 Smart tipli qaz sayğacları 2018 -ci ildən gətirilib. Bu şirkətdən 4 mln-dan artıq qaz sayğacı alınıb. Lakin zavod qusurlu olduqları üçün şəbəkədən dərhal və ya müəyyən müddət keçdikdən sonra əvəzlənib. Qısacası bu sayğaclar 5–il istismarda olmağa qadir deyildirlər. Halbuki bu sayğacların gətirilməsinə milyonlarla vəsit sərf olunub. Milyonları bu şirkətə yatıran şəxslər çıxıb cavab verməlidir”. Geri qayıt |