Əsas Səhifə > Ana xəbər / Güney Press > “Hesab.az”ın (Golden Pay) rəhbərliyində dəyişiklik baş verib

“Hesab.az”ın (Golden Pay) rəhbərliyində dəyişiklik baş verib


Bu gün, 11:22

“Hesab.az”ın sahibi “Qoldenpey” ASC-nin (GoldenPay) idarəetmə strukturunda dəyişiklik qeydə alınıb.

Banker.az xəbər verir ki, Müşahidə Şurasının əvvəlki tərkibdə yer alan Orxan Nəcəfov Müşahidə Şurasının üzvlüyündən çıxarılıb və onun yerinə Salcı Ali təyin olunub.

Beləliklə, “Qoldenpey” ASC-nin hazırkı Müşahidə Şurasının tərkibi:

  • Müşahidə Şurasının Sədri – Emil Məsimov
  • Müşahidə Şurasının üzvü – Orxan Bağırov
  • Müşahidə Şurasının üzvü – Teymur Tağıyev
  • Müşahidə Şurasının üzvü – Zaur Bayramov
  • Müşahidə Şurasının üzvü – Salcı Ali

“GoldenPay” 2007-ci ildə yaradılıb və 571 000 manat nizamnamə kapitalı var. Şirkətin səhmdarı Böyük Britaniyanın Nevis adalarında qeydiyyatdan keçmiş “GoldenPay International” şirkətidir.


Geri qayıt