Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan Türkiyə yük maşınlarının Ermənistandan Azərbaycana gedə biləcəyi marşrutu açıqlayıb

Paşinyan Türkiyə yük maşınlarının Ermənistandan Azərbaycana gedə biləcəyi marşrutu açıqlayıb


Bu gün, 10:21

“Biz ilk dəfə olaraq Ermənistanın büdcəsini Azərbaycanla qurulmuş sülh şəraitində müzakirə edirik”.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdəki büdcə dinləmələrində bildirib.

Paşinyan Türkiyə yük maşınlarının Ermənistan üzərindən Azərbaycana gedə biləcəyi marşrutu da açıqlayıb. Onun sözlərinə görə, Ermənistan Marqara-Yexqnadzor-Sisian-Qoris marşrutu üzrə yük maşınlarının tranzitini təmin etməyə hazırdır.

“Hazırda bu, Ermənistan tərəfinin həyata keçirə biləcəyi yeganə variantdır”, - Baş nazir əlavə edib.


Geri qayıt