Əsas Səhifə > Ana xəbər / Güney Press > Rektor Elçin Babayevin başı dərddə

Rektor Elçin Babayevin başı dərddə


Bu gün, 09:15

BDU rektoru Elçin Babayevin başı dərddədir. Buna səbəb isə onun sabiq PA rəhbəri Ramiz Mehdiyevin adamı kimi mətbuatda adının hallanmasıdır.

Tribunainfo.az xəbər verir ki, son günlər media BDU rektorunu Mehdiyevlə yaxın əlaqələri olan biri kimi təqdim edir. Xüsusən də təhsil eksperti Etibar Əliyevin bu ittihamı səsləndirməsi rektoru çətinə salıb. Çünki Babayev qədər adı Mehdiyevlə çəkilən ikinci şəxs yoxdur. Hətta tədbirlərin birində ona bu haqda sual verilib, cavablandırmaqdan imtina edib. Mətbuat isə yazır ki, BDU rektoru Mehdiyev sayəsində bu posta gətirilib, onun nəvəsinin toyunda iştirak edib və s.
İndi Babayev əl-ayağa düşərək bu xəbərlərin medianın gündəmindən çıxarmağa çalışır.


Geri qayıt