Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda BOKT-nin sədr müavini vəzifəsindən ayrılıb

Azərbaycanda BOKT-nin sədr müavini vəzifəsindən ayrılıb


Bu gün, 16:51

“NASProject BOKT” ASC-nin İdarə Heyəti sədrinin müavini Cəfərov Nəriman Sərdar oğlu vəzifəsindən ayrılıb.

Banker.az xəbər verir ki, bununla da rəsmi olaraq BOKT-nin İdarə Heyətində bir sədr qalıb.

Hazırda BOKT-nin İdarə Heyətinə Məmmədov Elnur Fəzli oğlu sədrlik edir.

“NAS Project BOKT” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir.

1 milyon 300 min manat nizamanmə kapitalı olan “NAS Project BOKT” ASC-nin sahibi 100% payla Quliyev Məhəmməd Nizami oğludur.

Təşkilatın 31 dekabr 2024-cü və 31 dekabr 2023-cü il tarixlərinə uyğun olaraq 19 və 17 nəfər əməkdaşı olub.


Geri qayıt