Əsas Səhifə > Ana xəbər / Güney Press > 308 saylı məktəbdə qalmaqal

308 saylı məktəbdə qalmaqal


Bu gün, 07:07

Yasamal rayonu, 308 nömrəli tam orta məktəblə bağlı redaksiyamıza ciddi şikayətlər daxil olub. Valideynlərin sözlərinə görə, məktəbdə uzun müddət pul yığımı adi hala çevrilib, övladlarının təhsil hüququ açıq-aşkar pozulub.

Məlumatda bildirilir ki, məktəbin direktoru işindən kənarlaşdırılsa da, məsuliyyətə cəlb edilməyib. Valideynlər iddia edirlər ki, məsələ “ört-basdır” edilərək tezliklə direktor işdən çıxarılıb ki, daha dərin faktlar üzə çıxmasın.

Şikayətlərdə xüsusi olaraq qeyd olunur ki, təlim-tərbiyə işləri üzrə direktor müavini Nərgiz Abdullayeva Bəxtiyar qızı da valideynləri təkrar-təkrar pul verməyə məcbur edib. “Valideynləri hər dəfə soyublar, uşaqlardan rəsmi olmayan ödənişlər yığılıb. Pul verməyən valideynlərin isə uşaqlarını alçaldıblar. Hətta atestatını ala bilməyən valideyn var – pulu ödəmədiyi üçün övladının sənədini verməyiblər”, – deyə müraciətdə vurğulanır.

Valideynlərin sözlərinə görə, direktor işlədiyi dövrdə məktəbi şəxsi mülkü kimi idarə edib, toplanan pulları da “paylayıb”. Onlar Təhsil Nazirliyindən məsələ ilə bağlı rəsmi araşdırma aparılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.

BakuNews.az


Geri qayıt